Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi 2020-ci ildə yaradıcılıq fəaliyyəti ilə fərqlənmiş, uğur qazanmış gəncləri 2 Fevral – Gənclər Günü münasibətilə mükafatlandırıb.
Kulis.az xəbər verir ki, təltif olunan istedadlı gənclər arasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, vokal artisti Emin Zeynallı da var.
"Düşünürəm ki, bu gün bu mükafat təkcə mənə yox, mənim simamda həm də Azərbaycan gənclərinə, o cümlədən teatrımızın gənc istedadlarına verilən dəyərdir. Vətən Müharibəsində qazandığımız şanlı qələbədən sonra ilk dəfə olaraq Gənclər Gününü qalib ölkənin gəncləri kimi qürurla qeyd edirik. Fürsətdən istifadə edib, bizə daim diqqət göstərən teatrımızın rəhbərliyinə, eyni zamanda Mədəniyyət Nazirliyinə, Gənclər və İdman Nazirliyinə minnətdarlığımı bildirirəm. Çalışacağam ki, bundan sonra uğurlarım daha çox olsun”, – deyə aktyor Emin Zeynallı bildirib.