AYB ilə görüş keçirildi

AYB ilə görüş keçirildi
19 may 2021
# 16:03

17 may 2021-ci il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan Yazıçılar Birliyinin rəsmiləri ilə görüş keçirilib.

Kulis.az xəbər verir ki, görüşdə Regional İdarənin rəisi Faiq Xudanlı, idarənin Xocavənd rayonu üzrə baş məsləhətçisi Ramil Əhmədov, Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza, Yazıçılar Birliyinin Beyləqan bölməsinin sədri Fazil Əsəd, regionda yaşayan ədiblər, ziyalılar iştirak ediblər.

Görüşdə Regional İdarənin dəstəyi ilə yaradılan “Kür” ədəbi məclisinin bir qrup üzvü ictimaiyyətə təqdim olunub. Ədəbi məclisin koordinatorluğunu gənc yazar Orxan Həsəninin icra edəcəyi bildirilib. “Kür” ədəbi məclisinin əsas məqsədi Regional İdarənin əhatə etdiyi beş rayonda (Kürdəmir, İmişli, Beyləqan, Füzuli və Xocavənd) yaşayan ədəbiyyat adamlarını bir araya gətirmək, regiondakı mədəniyyət müəssisələriylə tanış etmək, mədəniyyət-ədəbiyyat sahəsində ustad imzalarla görüşlər təşkil etmək, yazarların ədəbi nümunələrinin ölkənin nüfuzlu qəzet və jurnallarında nəşr olunmasını dəstəkləməkdir. Qeyd edək ki, regionda ədəbi mühitin inkifaşı istiqamətində Azərbaycan Yazıçılar Birliyi və onun regiondakı bölmələri ilə əməkdaşlıq əlaqələrinin qurulması nəzərdə tutulur.

Tədbirdən sonra qonaqlar Beyləqan rayon Mərkəzi Kitabxanası ilə də tanış olublar. Yazıçılar Birliyinin mətbuat katibi, şair Xəyal Rza kitabxanaya “AYB-Kitab” layihəsi çərçivəsində nəşr olunan kitablardan hədiyyə edib.

# 1510 dəfə oxunub

Müəllifin son yazıları

# # #