58 illik türmə muzeyə çevrildi - Foto

58 illik türmə muzeyə çevrildi - Foto
26 fevral 2021
# 16:21

Türkiyənin Sivas şəhərində 58 il qadın cəzaçəkmə müəssisəsi kimi istifadə edilən bina muzeyə çevrilir.

Kulis.az türk mediasına istinadən xəbər verir ki, Sivasda Sultan II Əbdülhəmid Xanın inşa etdirdiyi, lakin 60-cı illərdəki çevrilişdən sonra 58 il qadın cəzaçəkmə müəssisəsi olaraq fəaliyyət göstərən Həmidiyyə məktəbi muzeyə çevrilir.

Binanın muzeyə çevrilməsi üçün 2019- cu ildən bəri gedən hazırlıqlar artıq yekunlaşmaq üzrədir. Sənaye və Texnalogiya Nazirliyinin dəstəyi ilə restorvasiya olunan Hamidiyyə məktəbi artıq Şəhər və Sənaye Məktəbi adı altında muzey kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, muzeyin restorvasiyasına 10 milyon türk lirəsi xərclənib.

# 2203 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #