Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun “Sözümüzün Ali Baş Komandanı” adlı yeni seçilmiş məqalələr kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub.
Kulis.az xəbər verir ki, kitabda alimin müasir ictimai-siyasi məzmunlu “Ümummilli lider və ümumtürük mədəni irsi”, “Azərbaycan Prezidentinin xalqa müraciətlərində ana dilinin Vətən müharibəsi”, “Sözümüzün Ali Baş Komandanı, “ADA-nın töhfəsi, yaxud Amerika araşdırıcısının kitabı Azərbaycan dilində”, “Leyla Əliyevanın şeirləri yeni tərcümədə” məqalələri, habelə, türkologiya, dilçilik, ədəbiyyatşünaslıq, ədəbi-tənqid mövzusunda son illərdə yazmış olduğu bir sıra əsərləri toplanıb.
Nəşrin redaktoru Dəyanət Osmanlıdır.