Çeçen yazıçı “Avatar”ı çəkən şirkəti məhkəməyə verdi

Çeçen yazıçı “Avatar”ı çəkən şirkəti məhkəməyə verdi
18 dekabr 2015
# 13:50

Çeçen yazıçı Ruslan Zakriyev ABŞ-ın “20th Сentury Fox” kinokompaniyasını məhkəməyə verib. Kulisin xarici mətbuata istinadən verdiyi məlumatına görə Zakriyev kinostudiyanı “Avatar” filmində müəllif haqlarını pozduğunu iddia edir.

O, kinokompaniyadan mənəvi zərərə görə 10 milyon rubl tələb edir.

Yazıçının sözlərinə görə şirkət “Avatar”ın çəkilişləri zamanı onun 2002-ci ildə internetə yerləşdiyi “Gizli silah” əsərinin ideyasından istifadə edilib.

Bu ilin mart ayında isə 55 yaşlı yazıçı filmin rejissoru Ceyms Kamerunu məhkəməyə vermişdi. Lakin rejissor bunu ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara cavab kimi qiymətləndirərək yazıçını “şərəf və ləyaqəti alçaltmağa görə” məhkəməyə verməklə təhdid etmişdi.

# 1070 dəfə oxunub

Müəllifin son yazıları

# # #