Ceylanın filmi “Oskar”a gedir

Ceylanın filmi “Oskar”a gedir
30 aprel 2018
# 11:04

Dünyaca məşhur türk rejissor Nuri Bilgə Ceylanın Kann Kinofestivalının proqramına qəbul edilən “Ahlat ağacı” filminin üçüncü posteri yayılıb.

“Uzak”, “İqlimlər”, “Üç meymun”, “Bir zamanlar Anadoluda” və ‘Qış yuxusu’ filmləriylə təkcə Türkiyə deyil, dünyanın müxtəlif ölkələrində nüfuz qazanan N.B.Ceylanın yeni filminin mövzusu tamaşaçıların marağına səbəb olub.

Film uzun illər sonra öz kəndinə qayıdan bir yazıçıdan bəhs edir. Onun atası borc içində batır. Film demək olar ki, ata-oğul və ailə münasibətlərindən bəhs edir.

Murat Cemcirin baş rola çəkildiyi filmdə Doğu Demirkol, Ahmet Rıfat Şungar, Hazar Ergüçlü, Tamer Levent, Kadir Çermikli, Kubilay Tunçer ve Ercüment Balakoğlu da iştirak edir.

Filmin ssenarisi N.B.Ceylana məxsusdur. Rejissor köməkçisi Ceylanın bir çox filmində birlikdə çalışdığı Gökhan Tiryakidir.

Filmin kinoteatrlara çıxma tarixi Kann Festivalının proqramın uyğun müəyyən olunacaq.

Bundan əlavə “Ahlat ağacı”nın “Ən yaxşı əcnəbi film” nominasiyasında Oskar yarışmasına qatılacağı da gözlənilir.

# 1471 dəfə oxunub

Müəllifin son yazıları

# # #