Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi
11 iyul 2017
# 09:31

Türk kinosunun korifey simalarından Fikrət Hakan həyatını itirib.

Əsl adı Bumin Ğaffar Çıtanak olan Fikrət Hakan bir müddətdir ağciyər xərçəngindən əziyyət çəkirdi. Dr. Lütfi Kırdar Kartal Təhsil və Araşdırma Xəstəxanasında gecə saat 2 radələrində həyatını itirən Fikrət Hakanın 83 yaşı var idi.

Həkimlərin bütün müdaxiləsinə baxmayaraq korifey sənətkarın həyatını xilas etmək mümkün olmayıb.

Alınan məlumatlara görə, həkimlər təxminən 2 saat onu həyata qaytarmaq üçün bütün səylərini ortaya qoyublar.

Qeyd edək ki, Fikrət Hakan tamaşaçıların yaxşı xatırladığı "Kayb olan yıllar", "Unutulmaz" kimi seriallarda yaratdığı obrazlarla adından söz etdirməyi bacarmışdı. /milli.az/

# 857 dəfə oxunub

Müəllifin son yazıları

# # #