"American Horror Story"nin yeni mövsümündə möhtəşəm qayıdış

"American Horror Story" serialı

"American Horror Story" serialı

29 iyul 2026
# 13:00

"American Horror Story" serialının 13-cü mövsümünün təfərrüatları bəlli olub.

Kulis.az xəbər verir ki, serialın yaradıcılarından Rayan Mörfi yeni mövsümdə Sara Polson, Evan Piters, Cessika Lenq, Emma Roberts və Ancela Basset kimi ulduzların köhnə rolları ilə layihəyə qayıdacaqlarını təsdiqləyib.

13 seriyadan ibarət olacaq yeni mövsümdə aktyorlar serialın əvvəlki mövsümlərində yaratdıqları ikonik obrazları eyni vaxtda canlandıracaqlar.

Rayan Mörfi yeni mövsümü "bütün mövsümləri birləşdirən "Avengers" tipli layihə" kimi qiymətləndirib. Ekran işi sentyabrın 24-də “FX” kanalında nümayiş olunacaq.

Qeyd edək ki, "American Horror Story" ilk dəfə 2011-ci ildə yayımlanıb və kult qorxu seriallarından biri kimi "Emmi" və "Qızıl Qlobus" mükafatlarına layiq görülüb.

# 59 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər