Polanski yeni film çəkir

Polanski yeni film çəkir
30 aprel 2021
# 12:20

Fransız rejissoru Roman Polanski “Saray” adlı yeni film çəkməyə hazırlaşır.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, film 2000-ci il Yeni il bayramı ərəfəsində İsveçrənin Alp dağlarında yerləşən bir oteldə baş verən hadisələrdən bəhs edəcək. Obrazların taleyindəki əhvalatlar növbəti minilliyə qədəm qoyulan ərəfədə baş verir.

Xatırladaq ki, ötən il Polanski “Məmur və Casus” filminə görə ən yaxşı rejissor işi də daxil olmaqla “Sezar” mükafatına layiq görülsə də, feministlərin etirazına görə mərasimə qatılmadı.

# 1537 dəfə oxunub

Müəllifin son yazıları

# # #