Remark qadınlar haqda: ya ona ibadət et, ya da tərk elə...

Remark qadınlar haqda: ya ona ibadət et, ya da tərk elə...
12 iyul 2016
# 15:50

Kulis.Az görkəmli alman yazıçısı Erix Mariya Remarkın qadınlar haqqında fikirlərini təqdim edir.

- Heç kim qadın hiyləsinə dayana biləcək möhkəm divarlar tikə bilməz.

- Qadınla mübahisə etmək mümkün deyil. Ən pis halda ona hirslənmək olar.

- Qadın xoşbəxt olanda onun haqqında çox şey demək olmur. Amma bədbəxt olanda nə qədər şey danışmaq olar…

- Qadınlar sevəndə ağıllanırlar, amma kişilər başlarını itirirlər.

- Mənə elə gəlir ki, qadın heç vaxt kişiyə onu sevdiyini deməməlidir. Qoy onun parıldayan gözləri desin bunu.

- Əgər qadın başqasına aiddirsə, o, beş dəfə daha artıq arzu ediləndir.

- Əgər qadın əsəbiləşirsə, deməli o, həm haqsızdır, həm də haqsız olduğunu bilir.

- Qadınlar həmişə kişilərin unutduqları şeylərə görə narahat olurlar, kişilərsə qadınların xatırladıqları şeylərə görə.

- Qadına heç nəyi başa salmaq lazım deyil, ancaq hərəkət etmək lazımdır.

- Ana olmamış qadın onun taleyinə yazılmış ən möhtəşəm şansı qaçırmış qadındır.

- Sevgi… qadını daha itigözlü edir.

- Qadını sevməkdən xilas olmağın yolu onunla müntəzəm olaraq yatmaqdır. Təxəyyülə azadlıq vermək olmaz.

- Ləçər, yoxsa müqəddəs?.. Nəticədə hansısa bir fərqi varmı? Əsas odur, bizim özümüz ona necə yanaşırıq?

- Qadın – sizin üçün metaldan hazırlanmış mebel deyil, o – çiçəkdir. O, işgüzarlıq istəmir. Ona işıqlı, xoş sözlər lazımdır. Onun üçün bütün ömrü boyu çalışmaqdansa, hər gün xoş sözlər demək yaxşıdır.

- Qadınlara ya gərək ibadət edəsən, ya da onları tərk edəsən. Qalan hər şey yalandır.

- Mən onun yanında dayanıb, ona qulaq asırdım, gülürdüm və düşünürdüm ki, qadını sevib, eyni zamanda kasıb olmaq necə də dəhşətlidir.

- Bir şeyi yadda saxla: qadının gözündə bir də heç vaxt onun üçün nəsə edəndə göründüyün kimi gülməli görünməyəcəksən. /sim-sim/

# 1159 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #