Azərbaycanlı oğlanla gürcü qızının məhəbbəti – YENİ FİLM

Azərbaycanlı oğlanla gürcü qızının məhəbbəti – YENİ FİLM
14 mart 2018
# 10:01

Martın 16-da Nizami Kino Mərkəzində rejissor Mirsadıq Ağazadənin “Eviniz abad” bədii filminin təqdimatı olacaq.

AZƏRTAC xəbər verir ki, ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.

Romantik komediya janrında olan, qeyri-adi əhvalat üzərində qurulmuş, azərbaycanlı oğlanla gürcü qızının məhəbbətindən bəhs edən filmdə hadisələr Azərbaycan və Gürcüstanda baş verir.

Filmin ssenari müəllifi İmir Məmmədli və Mirsadıq Ağazadə, quruluşçu rejissoru Mirsadıq Ağazadə, quruluşçu operatorları Elxan Rüstəmov, Ruslan Ağazadə, bəstəkarı Rauf Əliyev, rəssamı Əziz Məmmədov, rejissoru Akif Rüstəmov, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

# 1212 dəfə oxunub

Müəllifin son yazıları

# # #