Murad Köhnəqalanın "Yuxularım" kitabının imza günü keçirilib

Murad Köhnəqalanın "Yuxularım" kitabının imza günü keçirilib
14 mart 2015
# 23:04

Tanınmış yazıçı Murad Köhnəqalanın "Yuxularım" kitabının imza günü keçirilib. APA TV-nin xəbərinə görə, müəllif imza günündə bunları deyib: "Kitabda 14 sürreal hekayə gedib. Bunlar əvvəl Kulis.az saytında yayılıb. Ancaq 14-cü yayılmamışdı. Özüm qəsdən saxladım ki, kitabda yayılmamış hekayə olsun. Kulis.az saytına mən bunu proyekt kimi yazmışdım. Sonra Şahbaz bəylə danışdıq, kitab halında çap elədik. Hekayələr yuxu danışan adamın təhkiyəsi kimi başlayır. "Gördüm belə oldu", "gördüm elə getdi" kimi. Əslində bunlar mənim yuxularım deyil. O yuxuları yazanda görürəm. Yuxu elementləri var. Nə vaxtsa hansısa parçanı görmüşəm. Yaradıcılıq üslubudur. Necə qorxu filmlərini yaşa görə buraxırlar, bu da elə olmalıdır. Mənə elə gəlir ki, azyaşlılar oxumamalıdır. Pis təsir edə bilər. Dəhşətli yerlər, təsvirlər var. Bu yuxular, bu hekayələr silsiləsi insan əzabının dibidir".

# 925 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #