Kəfən əvəzi bir parça səma-İmir Məmmədlinin şeiri

Kəfən əvəzi bir parça səma-<span style="color:red;">İmir Məmmədlinin şeiri
22 iyun 2015
# 10:50

BMT-nin göstərdiyi rəsmi rəqəmə görə, hal hazırda dünyada 51 milyondan çox qaçqın var.

Qəribəm, qürbətdən-qürbətə gəldim,

Döşədim yoluma dostu, qohumu...

Ruhum çabalayır, uca əfəndim,

Gəl xilas eləyək mənim ruhumu.

Ruhumun fəryadı yarar bağrını,

Soruşsan yaranı özü göstərər.

Dərman ovundurmaz belə ağrını,

Dərd dərdi, ağrını ağrı üstələr...

Ölməyə nə var ki, ölərdim, amma

Hara dəfn eləyim bu boyda dağı,

Yox kəfənəvəzi bir parça səma,

Gömülüb yatmağa vətən torpağı.

Şələdir qəribin dərdi dalında,

Dərd müftə verilir dərd qazanana,

O keçməz Cənnətin qapılarından,

Cəhənnəmdə sığmaz qır qazanına.

# 1159 dəfə oxunub

Müəllifin son yazıları

# # #