Nüsrət Kəsmənlinin xəyanətini etiraf etdiyi şeir

Nüsrət Kəsmənlinin xəyanətini etiraf etdiyi şeir
15 iyul 2018
# 14:03

Kulis.az “Bazar oxusu” layihəsindən Nüsrət Kəsmənlinin “Etiraf” şeirini təqdim edir.

Fikirli gəlirəm, dalğın gəlirəm,

Qayğılı gözlərin çəkir şəklimi.

Bəzən gec gəlirəm, yorğun gəlirəm

Bitirsən qapıda bənövşə kimi...

Bəlkə min suçumu bilmisən mənim,

Birini üzümə vurmamısan heç.

Eyhamla üzümə gülmüsən mənim,

Birce yol üzümə durmamısan heç.

Hər kəs taleyilə gəlir həyata,

Demirəm, ürəyi yumşaq olmuşam.

Dəcəl uşaqlara mülayim ata,

Səninçün ən dəcəl uşaq olmuşam.

Sənsən dağlar kimi səbrlə dözən

Bəlkə tərəddüdlə çox döyüşmüsən.

İsti bir sevgidən yazmışam bəzən,

Soyumuş çayımı sən dəyişmisən...

Üzümdə kədərdən bir iz görəndə,

Şirinim olmusan, acım olmusan.

Qohumdan, tanışdan pis üz görəndə

Sən anam olmusan, bacım olmusan.

Bir kövrək şeirimdən gözlərin dolub,

Nə deyim, özgədən çox yazıb qələm.

Nə qədər düyünlü günümüz olub,

Düyünlü qaşını görməmişəm mən...

Bir əlin mətbəxdə qabda-qaşıqda,

Bir gözün istidə, tüstüdə olub.

Bir əlin beşikdə oğul-uşaqda,

Bir gözün həmişə üstümdə olub.

Yollar çarpaz-çarpaz, yollar qarışıq...

Gecə yol gedirəm qulağı səsdə.

Bizim pəncərədən süzülən işıq -

Gözümün nurudur yolumun üstə.

Fikirli gəlirəm, dalğın gəlirəm,

Qayğılı gözlərin çəkir şəklimi.

Bəzən gec gəlirəm, yorğun gəlirəm

Bitirsən qapıda bənövşə kimi...

Nəriman Həsənzadə “Nə qəribədir”

Zəlimxan Yqub “Yavaş yeri”

Əlisəmid Kür “Kentavr”

Vaqif Bayatlı “Qardaşım ağaclar”

Salam Sarvan “Bağışla, otağim tör-toküntüdü”

Musa Yaqub “Taleyin qisməti”

Ramiz Rövşən “Ayrılıq”

Səməd Vurğun “Mən tələsmirəm...”

Vaqif Səmədoğlu “Əlin sınaydı sanitar”

Ələkbər Salahzadə “Bir də gördün”

Məmməd Rahim “Saldı qara gözlərin”

Bəxtiyar Vahabzadə “Bir salama dəymədi”

Vaqif Bayatlı Odər “Ölümdən sonra başlar şair ömrü”

Eldar Baxış "Gecənin bir aləmi"

Murad Köhnəqla “Dərdalgin”

Şaiq Vəli “Meyxanəçi”

Aqşin Yenisey “Kənd”

Əli Kərim "Atamın xatirəsi"

Tofiq Bayramın “Ay gecikən məhəbbətim”

Ramiz Rövşənin Məhəmməd Hadiyə həsr etdiyi şeir

Rasim Qaraca. "Əgər ən yaxın dostun"

Əlizadə Nuri. "Ana"

Vaqif Səmədoğlu. "Sevgilim mən öləndə"

Xanəmir. "Uşaq qəbri"

Məmməd Araz. Ana yurdum, hər daşına üz qoyum

Əli Kərim “...xatirəsinə”

Musa Yaqub “Klassiklərə bənzətmə”

Əli Kərim. "Qayıt"

Xəlil Rza. "Azadlıq"

Əliağa Vahid. "Qəzəl"

Məmməd İsmayıl “Təzədən mən sənə qayıdacağam”

Şəhriyar del Gerani “Bütün küçə uşaqlarına...”

Rəsul Rza "Şuşam mənim"

M.F.Axundovun aşıq şeiri

Rüstəm Behrudi "Salam dar ağacı"

Osman Sarıvəlli "Günah onun özündədir”

Zahir Əzəmət "Talış kəndi"

# 2551 dəfə oxunub

Müəllifin son yazıları

# # #