Şərif Ağayarın romanı Fransada çap olunacaq

Şərif Ağayarın romanı Fransada çap olunacaq
21 aprel 2019
# 12:53

Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanı Fransanın Strasburq şəhərində fəaliyyət göstərən “Kapaz” nəşriyyatında çap olunacaq.

Kulis.azın verdiyi xəbərə görə, roman elm və ədəbiyyat adamlarından ibarət 5 nəfər peşəkar ekspertin dördündən müsbət rəy alıb. Əsərin tərcümə prosesi yaxın günlərdə başlayacaq.

Xatırladaq ki, Şərif Ağayar imzası bu ilin mart ayında Strasburqda təqdimatı keçirilən “Azərbaycan ədəbiyyatı antologiyası” kitabından diqqəti cəlb edib. Strasburq Universitetinin filologiya fakültəsinin dekanı Jan Pol Meyer Azərbaycan Dövlət Tərcümə Mərkəzinin tərtib etdiyi almanaxa daxil edilən “Şeqlov üsulu” hekayəsi haqqında yüksək sözlər deyib və bundan sonra nəşriyyat müəllifə müraciət edərək əsərlərini istəyib.

Image result for Arzulardan sonrakı şəhər

# 2912 dəfə oxunub

Müəllifin son yazıları

# # #