Rəsul Rza: “Bir milyon manatım olsaydı”

Rəsul Rza: “Bir milyon manatım olsaydı”
3 iyul 2014
# 16:53

Kulis.Az Rəsul Rzanın “Mən zəngin olsaydım” şeirini təqdim edir.

Mən zəngin olsaydım

Məsəla:

bir milyon manatım olsaydı,

ya cənnətə bir başa getməyə

möhürlü mandatım olsaydı.

tərəddüdsüz elan edərdim ki,

kim səni görüb

gecə-gündüz yanmasa,

vüsalının həsrətilə alovlanmasa,

ona verirəm bütün varımı

və cənnətə girmək ixtiyarımı.

İnanıram ki,

sağ-salamat qalardı

bir milyon manatım da,

cənnət qapısını taybatay açan

imzalı, möhürlü mandatım da.

1957

# 1752 dəfə oxunub

Müəllifin son yazıları

# # #