Aida Hüseynova: “O ağac”-Ən qısa hekayə

Aida Hüseynova: “O ağac”-Ən qısa hekayə
20 dekabr 2013
# 21:00

Kulis.az Aida Hüseynovanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “O ağac” (389 işarə) hekayəsini təqdim edir.

Bir gecə yarısı mesaj gəldi:

“Bəlkə də hələ də bilmirsən evə gedib gələndə səndən gizlənirdim. Sizin evə gedəndə bağçanın düz yanındakı yataqxanada qalırdıq, utanırdım, qaçqın olduğumuz üçün gizlənirdim.

Hətta ağacların yarpağı töküləndə pəncərədən görərsən deyə narahat olurdum, çünki balkonunuzdan bizim balkonumuz görünürdü.”

Mesajı oxuyan kimi ilk ağlıma gələn o ağac oldu. Yazda çox gözəl çiçək açardı. Deməli, ikimiz də o ağacı yazda sevirmişik.

# 2315 dəfə oxunub

Müəllifin son yazıları

# # #