Şair Faiq Balabəylinin 55 yaşı qeyd olundu

Şair Faiq Balabəylinin 55 yaşı qeyd olundu
16 mart 2019
# 17:16

Bu gün saat 16-da Rəşid Behbudov adına Mahnı Teatrında şair-publisist Faiq Balabəylinin 55 illiyinə həsr olunmuş tədbir keçirilib.

Kulis.az-ın verdiyi xəbərə görə, tədbirdə şairin “Yağışdan sonra” adlı şeirlər kitabı da təqdim olunub.

Şair Qəşəm Nəcəfzadənin aparıcılığı ilə baş tutan tədbirdə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi adından birliyin yaradıcılıq məsələləri üzrə katibi, yazıçı-dramaturq İlqar Fəhmi çıxış edərək səbəbkarın yaradıcılığından söz açıb və təmsil etdiyi təşkilatın təbrik məktubunu ona çatdırıb.

Daha sonra ictimai xadim, Xalq şairi Sabir Rüstəmxanlı, millət vəkili Fəzail İbrahimli, professor Rüstəm Kamal və başqaları çıxış edərək, F.Balabəylinin yaradıcılığı, fəaliyyəti haqqında fikirlərini bölüşüblər.

Tədbirdə şairin sözlərinə bəstələnmiş mahnılar səslənib.

# 2623 dəfə oxunub

Müəllifin son yazıları

# # #