Servantes mükafatının sahibi məlum oldu

Servantes mükafatının sahibi məlum oldu
13 noyabr 2015
# 12:43

İspandilli ölkələrin ən nüfuzlu ədəbiyyat mükafatı “Servantes”in 30-cu sahibinin adı açıqlandı. Kulisin rus mətbuatına istinadən verdiyi məlumata görə mükafatın sahibi meksikalı yazıçı Fernando del Paso olub.

Fernando del Paso Meksikada anadan olub. İqtisadi təhsil alana del Paso jurnalistika ilə məşğul olub, reklam agentliyində işləyib. Onun ən məşhur əsərləri “Xose Triqo”, “Meksikalı Plinur” və “İmperiyadan xəbərlər” adlanır.

“Öz yaradıcılığı ilə o, ispandilli ədəbiyyat ənənələrini zənginləşdirib” – 1975-ci ildən başlayaraq mükafat bu ad altında təqdim olunur. Qaydaya görə Latın Amerikası və İspaniya yazarları mükafatı növbə ilə alırlar. Ötən il mükafatın sahibi ispan yazıçı Xuan Qoytisolo idi.

125 min avro dəyərində mükafatı (mükafatı mədəniyyət nazirliyi maliyyələşdirir) Fernando del Pasoya gələn il aprelin 23-ü Migel de Servantesin vəfatı günü İspaniya kralı Felipe VI tərəfiindən təqdim ediləcək.

# 1113 dəfə oxunub

Müəllifin son yazıları

# # #