Qaraüzlülər arasından üzüağ getdi Baba!

Qaraüzlülər arasından üzüağ getdi Baba!
5 noyabr 2014
# 12:28

Bu gün mərhum şair Baba Pünhanın anadan olduğu gündür.

Kulis.az bu münasibətlə şair Əvəz Qurbanlının ona yazdığı şeiri təqdim edir.

Demə dünyaya qonaq gəldi, qonaq getdi Baba!

Odu sönmüşlərə yandırdı ocaq, getdi Baba.

Dedi çox şair olan xalqa ki: “Dünya yuxudu...”

“Yuxu dünya”ya oyaq gəldi, oyaq getdi Baba.

Haqqa “batil” deyənə Haqqı deməkçün gəldi,

Haqqa lağ eyləyənə eylədi lağ, getdi Baba!

Göstərib güzgü kimi hər şeyi öz rəngində -

Qaraüzlər arasından üzüağ getdi Baba!

Ey sağ ikən ölülər! Var ölü ikən sağlar;

Deməyin öldü Baba, yox, elə sağ getdi Baba!

Boş görünmürmü yerün, ay Baba, dağsan, Baba, dağ!

Sən gedəndə elə bildik Babadağ getdi, Baba!

Qaldı mən tək çoxu dağ boyda yükün altında,

Belə çəkdi Əvəzin qəlbinə dağ, getdi Baba...

# 1505 dəfə oxunub

Müəllifin son yazıları

# # #