Salman Rüşdini vətəninə buraxmadılar

Salman Rüşdini vətəninə buraxmadılar
1 fevral 2013
# 19:07

1988-ci ildə yazdığı “Şeytan ayələri” romanına görə ölümlə hədələnən hind əsilli ingilis yazar Salman Rüşdi Hindistanda keçirilən tədbirə gedə bilmədi. Müəllif bu barədə xəbər verib.

Salman Rüşdinin ən məşhur əsərlərindən biri olan, Buker mükafatı almış “Gecəyarı uşaqları” əsərinin əsasında film çəkilib. Filmin təqdimatı Hindistanda təşkil olunur.

Hindistan polisi təhlükəsizlik məqsədi ilə tədbirin təşkilatçılarından əsərin müəllifinin tədbirə gəlməyəcəyi barədə yazılı zəmanət tələb edib.

Salman Rüşdi haqqında 1988-ci ildə yazdığı “Şeytan ayələri”nə görə ölüm fətvası verilmiş, bir sıra islam ölkələrində kütləvi aksiyalar təşkil olunmuşdu. Əsərin yapon dilinə tərcüməçisi isə qətlə yetirilmişdi.

# 1745 dəfə oxunub

Müəllifin son yazıları

# # #