Qadınlar Günü münasibətilə sərgi

Qadınlar Günü münasibətilə sərgi
7 mart 2019
# 12:51

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mərkəzi Kitabxana Sisteminin 3 saylı filialı Suraxanı rayon 317 nömrəli tam orta məktəblə birlikdə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib.

Baş İdarədən bildirilib ki, dövlət himninin səslənməsi ilə başlayan tədbirdə filialın müdiri Pəri Paşayeva qadınlar bayramının yaranma tarixindən danışıb.

Tədbirdə Suraxanı rayon 317 nömrəli tam orta məktəbin direktoru Əliqismət Səfərov çıxış edərək qadınları bayram münasibətilə təbrik edib və qadınlara ölkəmizdə verilən dəyərdən, onların cəmiyyətdə tutduqları mövqedən bəhs edib.

Sonra məktəbin şagirdləri bu mövzuda müxtəlif şeirlər söyləyib, mahnılar oxuyub, səhnəciklərlə öz bacarıqlarını nümayiş etdiriblər.

Tədbirdə, həmçinin bayramla bağlı sərgi də təşkil olunub. /azertag.az/

# 1018 dəfə oxunub

Müəllifin son yazıları

# # #