Bakıda kitab festivalı keçiriləcək

Bakıda kitab festivalı keçiriləcək
20 aprel 2017
# 10:06

23 Aprel Beynəlxalq Kitab Günü münasibətilə 451 Hərəkatı Bakıda “451 – BOOK FESTİVAL” adı ilə böyük kitab festivalı keçirir.

Kulis.Azın verdiyi məlumata görə, Festival 23 Aprel saat 15.00-da ADO-nun binasında keçiriləcək. Kitab festivalında tanınmış kitab mağazalarının, nəşriyyatların stendləri quraşdırılacaq. Dəvət olunan tanınmış yazıçılar isə oxucuların suallarını cavablayıb kitablarını imzalayacaqlar.

“Hamınız bir kitab götürün və gəlin, tanımadığınız insanlarla dəyişin həmin kitabı, ya kiməsə hədiyyə edin, amma yalnız gəlməyin” - 451 Hərəkatı bu devizlə çıxış edir.


451 Hərəkatı sizə sevdiyiniz yazıçılarla yaxından tanış olmaq, Azərbaycanda kitabsevər mühitlə ünsiyyətdə olmaq və həmin günü möhtəşəm keçirmək üçün şərait yaradır.


Festival kiçik konsertlə başa çatacaq.


Festivalda iştirak edəcək yazıçılar:

Kamal Aken

Kənan Hacı
Orxan Bahadırsoy
Elxan Elatlı
Mirmehdi Ağaoğlu
Ayxan Ayvaz
Qismət Rüstəmov
Tural Şahtaxtinski
İsmayıl Rizvanoğlu
Ulucay Akif
Şəhriyar del Gerani
Cəlil Cavanşir


Qeyd edək ki, 451 Hərəkatı Kamal Aken tərəfindən yaradılmış, məqsədi ölkədə maarifçiliyin təbliğinə, mədəniyyət və incəsənətin inkişafına yönəlmiş bir hərəkatdır.

# 1228 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #