Bu gün uruqvaylı şair, yazıçı Selva Kasalın anım günüdür.
Kulis.az onun "Biz heç nəyi seçmirik" şeirini sətri tərcümədə təqdim edir.
Biz heç nəyi seçmirik,
Hətta harada öləcəyimizi belə.
Cırılmış yastığın küləyi ilə
Dan yeri uçurumdan yuvarlandı...
Mələfələrin arasında ağlayaraq.
Ölümə və meydan oxumağa doğru
İşığın cəhdləri -
Sadəcə içində gəmi kimi batdığımız cəhdlər...
Səni xəyal etmək dumana bürünməkdir,
Niyə həyat bu qədər qısa sürür?
Və sevgi bizi amansız dişləmlərlə parçalayır,
Yoxluqdan yalnız izlər qalır...
Rus dilindən tərcümə etdi: Aydan Ağayeva