1937-ci ilin qanlı repressiyalarından danışan zaman ilk ağla Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad və başqa dəyərli ziyalılarımız gəlir. O dövrün qara günlərində şər qarşısında duruş gətirən bu insanların bir ağızdan güllələndiyini, sürgün edildiyini deyirik. Bəs onlara elan olunmuş məhkəmə hökmlərində cəza olaraq nə yazılmışdı? Kulis.Az Mikayıl Müşfiqdən sonra görkəmli dramaturq Hüseyn Cavidə elan olunmuş hökmü təqdim edir.
19 dekabr 1938-ci ildə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı I xüsusi şöbəsinin rəisi Koqanın Suxanova göndərdiyi “Xidməti qeyd”də “xüsusi sərəncama qədər məhkum Hüseyn Cavid daxili həbsxanadan heç yerə keçirilməsin” deyə yazılmışdı.
İki il Bayıl və Keşlə həbsxanalarında qalandan sonra Hüseyn Cavid haqqında belə bir hökm verilib:
- Məşhur rok qrupunun solisti vəfat etdi
- Etimad Başkeçid öz romanından danışır: “İndi qız uşaqlarını heç kim basdırmır...”
- Səhər Əhmədlə açılan Gəncə səhəri
“SSRİ Xalq Daxili İşlər Komissarlığı yanında Xüsusi Müşavirənin 14 nömrəli protokolundan ÇIXARIŞ
9 iyun 1939-cu il.
Eşidildi: 1882-ci ildə Naxçıvanda ruhani ailəsində anadan olmuş, bitərəf, qulluqçu, azərbaycanlı, SSRİ vətəndaşı, tutulana qədər şair-dramaturq Hüseyn Cavidin məhkum olunması ilə əlaqədar Azərbaycan SSR 24938 N-li iş.
Qərar: Hüseyn Cavid – antisovet təşkilatında və təbliğatında iştirakına görə SƏKKİZ il müddətinə islah-əmək düşərgəsinə salınsın, vaxtı 4 iyun 1937-ci ildən hesablansın.
SSRİ Xalq Daxili İşlər Komissarlığı yanında Xüsusi Müşavirənin Katibliyinin rəisi Markeyev".