4 kitab birdən təqdim olundu - FOTO

4 kitab birdən təqdim olundu - <span style="color:red;">FOTO
29 oktyabr 2015
# 14:46

Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Yaradıcılıq Fondunun birgə həyata keçirdiyi “İstedadlı insanlara dəstək olmaqla onların ictimaiyyətə tanıdılması üçün yeni imkanların yaradılması” layihəsi çərçivəsində çap olunmuş dörd kitabın (iki şeir, iki nəsr) təqdimat mərasimi keçirilib.

Gənc nasirlər Ömər Xəyyam və İkinci Mahmud, gənc şairlər Fəridə Məmmədova və Alikin müəllifləri olduğu kitablar bu layihə çərçivəsində çapdan çıxmış ilk kitablardır.

Təqdimat mərasimini giriş sözü ilə açan Azərbyacan Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmov öncə tərbir iştirakçılarına Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin salamını və təbriklərini çatdırıb. Daha sonra layihə və onun məqsədi haqqında geniş məlumat verib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının millətlərarası, multikultiralizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşı Sərraf Hüseynov layihə çərçivəsində kitabları dərc edilən yazarları təbrik edərək onlara yaradıcılıq uğurları arzulayıb.

Kitabları dərc olunan yazarlar çıxış edərək kitabın çapında əməyi keçən hər kəsə təşəkkürlərini bildirib. Daha sonra çıxış edən “525-ci qəzet”in redaktoru Seyfəddin Hüseynli, yazarlar Fəxri Uğurlu, Şərif Ağayar, Qan Turalı, Mübariz Örən AYF-nin bu layihəsini yüksək qiymətləndirib, gələcəkdə layihə çərçivəsində çap olunacaq yeni kitabları səbirsizliklə gözlədiklərini deyib və uğurlar arzu ediblər.

Sonda AYF-nin aparat rəhbəri Qismət Rüstəmov tədbir iştirakçılarına təşəkkürünü bildirib.

# 817 dəfə oxunub

Müəllifin son yazıları

# # #