Bir romantikin etirafları

Bir romantikin etirafları
6 may 2013
# 07:15

Rüfət Soltanov

“Ardıcıl və nəticə”

Naməlum etibara sığınmışam, açarı yoxdur. O məndən nəsə gizlədir, o məni sevmək istəmir, buna tələsmək niyyətində deyil. O məni qarşıma qoyduğu özümə düşmən və yad şərtlərilə sınamaq istəyir. Amma mən onu sınamaq istəmirəm, mən sadəcə onu istəyirəm...

Həyat getdikcə insanı sıxışdırıb məhv edir. Sən hər şeydən bir anlıq belə olsa uzaqlaşmaq istəyirsən, başını götürüb uzaqlara, hər kəsin olduğu, lakin heç bir kəsin yer almadığı məkana getmək prinsipial qərəzinə söykənib. Gülünc halətlərin, özünə nifrət, yalançı şəlakət hisləri. Əslində isə təlatümlü gələcək...

Sarsıdıcıdır... O səni sevirmi, yaxud əksinə, xəbərin yoxdur, o səni istəyirmi? Deyəsən hə!.. Bəs sən? Mənim bir vacibiyyətim, nə bilim, heç bir labüdlüyüm yoxdur məsəli. İki fərqli yuxu görürəm: Biri röya, digəri kabus... Röya dediyin o qədər şirin, saf, gözəldir ki, kabusa sürükləyir səni.

Yaşamaq istəmirəm bu kabusu, bununla belə yox deyə bilmirəm röyama...

Cəsarətim sönükdür, həyata axarlığım onu tanımır. Sükunətim sönükdür əbədi, çünki, sevirəm...”

Mən isə...”

O sözlərə önəm verir, mən müsiqiyə, o hər dəfəsində mənə seçilmiş mahnıları dinlətdirir, mən isə musiqisi gözəldir deyirəm. O danışmağı üstün tutur, mən isə dinləməyi. O düşünür, mən isə ondan sonra düşünürəm.

O gücdür, mən isə zəif, o cəsarətlidir, mən isə qorxaq. Çünki, sözlər onun silahıdır, mən isə əliyalın kəndçi. O hücum edir, mən isə qaçıram. O əzizləyir, mən isə düşünürəm, o istifadə edir, məni artıq inanıram, o gözəldir, mən isə baxıram. O nail olur, mən isə uduzuram, o sevir, mən isə çəkilirəm, o bilir, mən isə susuram. O danışır, mən isə susuram, o zəng edir, mən isə yatmışam, o zənn edir, mən isə zəng edirəm. O danışır, mən isə... danışıram.

O son qoyur, mən isə peşmanlıq bataqlığında çabalayıram. O unudur, mən isə unuda bilmirəm. O gedir, mən isə getmirəm. O gözdən itir mən isə getmirəm. O qayıdır, mən isə yerimdəyəm. O məni tanımır, mən isə tanıyıram. O tanış olur, mən isə tanıyıram. O üzümü görmür, mən isə görürəm. O danışır, mən isə yazıram. O görüşür mən isə qaçıram.

O inciyir, mənim üçün fərqi yoxdur. O darıxır, mən isə ona zəng edirəm. O barışır, mən isə görüşmək istəyirəm. O sevinir, mən isə acıyıram. O çağırır, mən gəlirəm. O üzümü görür mən isə gülürəm. O ağlayır, mən isə gülürəm...”

Nəticə: Bu cəmiyyətə özüm ola bilmədim...”

Az danışdım, soyuqqanlı təcridkara döndüm. Çox danışmağa cəhd elədim, hər kəs məni başından rədd eləməyə çalışdı. Danışmadım, vəfasız, nankordur dedilər. Dost olmağa çalışıram, dostlarım yoxdur, düşmən olmaq istəyirəm, hamı mənə doğmalaşır. Baş aça bilmirəm, bu cəmiyyət soyuqqanlıdır, bezikdirən, vəfasız, nankor, dost, ya düşməndir.

Heç kimi tanıya bilmirəm. Heç kimə inana bilmirəm, insanlar mənə güvənir, ancaq inanmırlar. Quma rəsm çəkirlər, ancaq dənizin paxıllığı tutur, insanlar kağıza yazır, ancaq nə vaxtsa onu cırıb atırlar.

Danışar dinlərsən, danışar dinlərsən, danışar bağlanarsan, sevərsən, danılarsan o bunun fərqinə varar, danışarsan, danışarsan, danışarsan... Artıq müsahibin də gözdən itib. Danış, danış özün üçün...

# 2220 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #