Kulis.az Bakı Slavyan Universiteti Təhsil fakültəsinin 4-cü kurs tələbəsi Mehriban Məmmədlinin şeirlərini təqdim edir.
Bakı yaman fikirlidir
Boğulubdur gur Xəzərin sularında,
Biz zamanın, zaman suyun axarında,
İtib dadı bu günün də, sabahın da,
Bakı yaman fikirlidir...
Mavi dəniz neyləyibsə sahil küsüb,
Dəniz bu gün qədəhlərə şərab süzüb,
Külək belə şəhərindən əlin üzüb,
Bakı yaman fikirlidir...
Bu şəhərin hər küçəsi bir ölkədir,
İnsanların halına bax gör necədir,
Doğma belə doğmasına bir özgədir,
Bakı yaman fikirlidir...
Ötüb keçən isti yeli tufan olub,
Külək qızı yanğınların yeri olub,
Gülən gözlər nədən axı yaşla dolub?
Bakı yaman fikirlidir..
Payız səhəri
Gözəl payız səhərində,
Bir pəncərə kənarında.
Bir tərəfdə dilsiz olub
Gözəl danışan kitablar,
Bir tərəfdə yağışlardan
Qaçıb gizlənən insanlar.
Əllərimdə isti çayım,
Qulağımda qulaqcıqlar.
Görən yumulu gözlərim
Nə xəyalı quracaqlar?
Həzin musiqi səslənir
Pəncərin şüşəsində.
Ruhum sanki rəqs eyləyir
Damcıların gur səsində.
Görən leysan sularında
Ümidlər çiçək açırmı?
Yoxsa səssiz əyib başın
Yağış altda islanırmı?
Kim bilir nə diləklər var
Bu küləklər şəhərində.
Saysız, hesabsız arzular,
Şəhərin hər guşəsində.
Müəllimə
Sadəcə dərs keçən deyil,
O dərsi şagirdlərinə
Öyrədəndir müəllimə.
Hər kəsə bir nəfər kimi,
Həm özün, həm də fənnini
Sevdirəndir müəllimə.
Yazarkən hərflərini,
Muncuq kimi sətrə düzən,
Səbr edib hər səhvə dözən,
O aəhvlıri doğru esən,
Sehrbazdır müəllimə.
Danışdığı kəlmələrlə,
Hər qəlbdə öz yerin tapan,
Addımın şərəflə atan,
Bir səyyahdır müəllimə.
Ən çətin yolları da
Göstərir o necə asan.
Bir “afərin” kəlməsiylə,
Min könüldə ətir saçan,
Qışda belə gözəl açan,
Birçiçəkdir müəllimə.
Mürəkkəbi sevinc olan,
Qələmlərlə həyat yazan,
Bir yazardır müəllimə.
Vətən bilmişəm
Bu diyarın hər bucağın,
Hər gecəsin, hər sabahın,
Addım atdığım torpağın,
Göz açıb vətən bilmişəm.
Cana dərman havasını,
Gəzən bilər səfasını,
Görüb hər an şəfasını,
Hər dərdə dərman bilmişəm.
Ən gözəlidir ellərin,
Baharıdır fəsillərin,
Sudan pak, təmiz yerlərin,
Yaşayıb cənnət bilmişəm.
Anasıdır Həcərlərin,
Ay parçası gözəllərin,
Şəhid yarlı gəlinlərin,
Xanımdan ali bilmişəm.
Məskənidir igidlərin,
Vətənçün can verənlərin,
Dilə dastan şəhidlərin,
Canımdan əziz bilmişəm.
Dünya bilir qüdrətini,
Diz çökdürər düşmənini,
Yaşayaraq qələbəni,
Zəfəri adım bilmişəm.
İllərdən gəlir sorağı,
Bir tarixdir o bayrağı,
Şərəfimlə yaşamağı,
Azərbaycanım bilmişəm.
Sentyabr
Can almağa gəlirsənsə,
Gəlmə birdə, sentyabr.
Quru gözü yaşartmağa,
Qara teli ağartmağa,
Gəlirsənsə dərd olmağa,
Gəlmə birdə, sentyabr.
Min zəhmətlə böyüdülən
O günahsız oğullarla
Söylə, axı dərdin nədir?
Bu ahların, fəryadların
Bitən vaxtı, günü nədir?
Əhdinmi var qan qırmızı
Qərənfilə bürünməyə?
Məzar daşın analara,
Analara, atalara ev etməyə?
Olmuş.artıq sənin adın
“Şəhid ayı”, sentyabr.
Yağışına yox ehtiyac,
Leysan olan o gözlərdə
Yaş qurumaz, sentyabr.
Tanrı qonağı
Qonağınam bu gün, həyat...
Varmı boş yer oturmağa,
Sənlə hal-əhval tutmağa?
Bir çay gətir qonağına,
Nə ağ olsun, nə də qara.
Qaynar olub buxarlansın,
İçindəki bütün kini.
Küs olmasın şüşəsinə
Güldən incik tikan kimi.
Dadı şirin zəhər olsun,
Qısacası sənin kimi...
Varsa biraz gülüş gətir,
Sevinc gətir, hüzur gətir.
Doğrulardan gətir, həyat,
Qarnım toxdur yalanlara.
Biraz gülüş, saflıq gətir,
Doğruya ac olanlara.
Fikir vermə bu gün yeyib,
Sabah səndən qaçanlara.
Hansı süfrə bəs edib ki
Tox ikən ac olanlara?
Nədənsə
Hansı yazı düz yazılıb başdan sona?
Vərəq gördüm hərf yerinə xətt cızdılar.
Sözlər belə necə girmiş dondan- dona,
Dəniz dedim, nədənsə qumsal yazdılar.
Xəttat bildim, məgər sehrbaz imişlər,
Yad sözləri necə də qohum etmişlər.
Bir ovsunla hərflər yerin azdılar,
Külək dedim, nədənsə tufan yazdılar.
Göyün yolun qırmızı ilə getdilər,
Mürəkkəbi qan ilə əvəz etdilər.
Hər cümləyə sanki biz məzar qazdılar,
Şərbət dedim, nədənsə zəhər yazdılar.
Bir gün qumsal masmavi bir dəniz oldu,
Tufan getdi,ruha isti külək doldu.
Şərbət içdim, zəhərlərə uzaq oldum,
Onlar yazdı, müəllifi özüm oldum.
İnsanı yaşadan nədir?
Enərək bir mələk bir gün göylərdən,
Bir sual soruşdu “çoxbilənlərdən” .
-İnsan nəyə sahibdir, olanı nədir?
Bilirsiz insanı yaşadan nədir?
Yayıldı müxtəlif səslər ətrafdan,
Birisi başladı dövlətdən, puldan,
Biri gözəllikdən, biri uğurdan.
Kimi bərk qışqırıb desi güc-qüvvət,
Kimisi dedi ki, əaasdır şöhrət...
Dinləyib bunların hamsını mələk
Başladı sözünə “Allah” deyərək:
-Səni yaşadan şey bu deyil, insan,
Əgər ki, əlini qəlbinə qoysan,
Bilərsən sevgidir yaşadan səni.
Ruhun özəyidir Allah sevgisi,
Kimin ki qəlbində gül açır bu hiss,
O insandır insanın xeyirlisi.
Allah sevgisidir ən böyük uğur,
Bütün xoşbəxtliklər bu eşqdən doğur.
Ana
Gecələri sübhə qədər yuxusuz qalandır ana,
Beşiyində keşik çəkib, laylalar çalandır ana.
Özü dərdli olsa belə üzünə güləndir ana,
Sən demədən sevincini, qəmini görəndir ana.
“Gözəl qızım” kəlməsini ən gözəl deyəndir ana,
Səni səndən də çox sevən, ən çox istəyəndir ana.
Hər gecələr saçlarına sığallar çəkəndir ana,
Sən çətinlik çəkmə deyə əziyyət çəkəndir ana.
Hər kim unutsa belə səni yada salandır ana,
Balasının yarasını ən gözəl sarandır ana.
Hər nə qədər yıxılsan da əlindən tutandır ana,
Yansa belə öz canını canına qatandır ana.
Dinməz bütün ağrıların dərmanı olandır ana,
Hər kim gəlib getsə belə, balaya qalandır ana.
Uşaqlıq
Dünənə qədər xəyal idik
Nə ara gerçək olduq ki?...
Bapbalaca uşaq idik
Hansı vaxt yaşa dolduq ki?
Tək dərdimiz bir oyuncaq,
Ya top, ya da gəlincikdi.
Keçən günün acısı da
Bizim üçün bir şənlikdi.
Düşünməzdik böyük, kiçik
Yaxşılıq ya pislik etdi,
Ehhh, o körpə ömrümüzdən
Kimlər gəldi, kimlər getdi...
Yıxılarkən ağlasaq da
Qalxarkən hər şey keçərdi.
İndi gəzməyin ağrısı
Yıxılmağından betərdi.
Yolun düşsə buralara,
Bircə günlük qonağım ol.
Gəl, ey məsum uşaqğım uşaqlığım
Tək bir günlük sirdaşım ol.