Rafiq Tağının qardaşının ilk və son şeiri

Rafiq Tağının qardaşının ilk və son şeiri
24 noyabr 2012
# 23:51

QARDAŞIM RAFİQ TAĞIYA


(Rafiq Tağının vəfatını ailə üzvləri onun yaşlı anasından gizlədirlər, ananın bu faciəli xəbərə dözə bilməyəcəyini bilirlər .Ona, Rafiqin əsərlərinin dərciylə bağlı xaricə, Londona getdiyi söylənilir...)

Xoşun gəlməzdi sənin
yalançı adamlardan,
mənsə, yalançı xislətimi açdım qoydum ortaya
sən gedəli "L

ondona"...

çeşidli yalanlar uydururam
gitarada improvizələr etdiyim kimi,
bilirəm, "sən necə adamsan?!"-deyə
söyəcəksən məni
yalanlarıma görə...
utanıb-qısılacam,
xəcalətimdən öləcəm "Londonda"

çox danlayacaqsan məni...
axırı dözməyib danışacam,
qəzəbini boğub dinləyəcəksən,
...anamın səni necə sevdiyii
yadına salacağam,
elə biz də onu sevərəkdən
səni öldürmədik, "mühacirətə" göndərdik deyəcəyəm.

axı mən sənə demişdim,
xəstəxanadan çıxıb
bu ölkədən getməliydin.
buna razı deyildin,
amma bu dəfə
susub-gülümsəmişdin...
ölümündən sonra mən bunu
razılıq kimi başa düşdüm

amma nədənsə "Londonla" telefon əlaqəsi
yarada bilmirik
"başı qarışıb yaman yeni kitabının nəşrinə"
anama deməkdəyik
əslində,biz hamımız
görüşə tələsdiyimiz halda
anama imkan vermədik
gələ sənin görüşünə
"Londona"
dörd əllə yapışıb qoymadıq
yalanlar uydurduq...

biləndə ki, anamı yaşatmaqçün uydurmuşuq yalanları
bağrına basacaqsan məni,
kövrələcəksən,
sonra, hönkürüb ağlayacaqsan
"Londonda"
08.01.2012
# 2393 dəfə oxunub

Oxşar xəbərlər

Sükutun çəkisi - Mehriban İbrahimbəyli

Sükutun çəkisi - Mehriban İbrahimbəyli

10:12 11 aprel 2025
İçimdəki fırtına - Bayram Soylunun hekayəsi

İçimdəki fırtına - Bayram Soylunun hekayəsi

09:55 24 fevral 2025
İnsanla təbiətin bəhsi - Vahab İsmayılzadə

İnsanla təbiətin bəhsi - Vahab İsmayılzadə

17:30 23 dekabr 2024
Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
#
#
# # #