Bir insan tanıyıram....
Bir insan tanıyıram
gedişində insanlığın məhv oluşunu gördüyüm...
Bir insan tanıyıram
kədərli anının səssizliklə üsyanına şahid olduğum...
Bir insan tanıyıram
yoxluğunun var olduğu xəyallardan qaçdığım...
Varlığım...
Qəmində belə insanlığı bircə gülüşü ilə çiçəkləndirən
yaradılış möcüzəsi...
İnsanlığa edilən lütf...
Mərhəmət...
Bir insan tanıyıram
Adının çəkildiyi yerdə insanlığın səcdəyə durduğu...
Həyat və Ölümü mənalı edən yeganə Varlıq...
Ana
Cənnətin dünyadakı tək isbatı...
Şəninə söylənən kəlmələrin aciz qaldığı varlıqdır Ana...
Bir ömrə sığmayacaq ömür tək həm də...
Ömründən ömrünə calayandır Ana...
Yandığın qədər yanandır Ana...
Nəfəsində başlayar həyat...
Gülüşündə sürər ömür...
Yoxluğunda....
Yoxluğunda... Beyinləri durduracaq fırtınalar yaşadandır Ana.