Valideynlər sevənləri ayırmasın

Valideynlər sevənləri ayırmasın
1 may 2015
# 15:12

Nərmin Kərim

Gənclər bir-birini görüb, sevib. Bizə də onlara xeyir-dua vermək düşər.

Baxdığımız keçmiş və ya müasir türk filmlərinin bəzəyi idi bu sözlər. Çünki sevgililər qovuşur və film xoşbəxt sonluqla bitirdi. Sizin üçün bu səhnə nə dərəcədə təsirli idi deyə bilmərəm, amma bir zamanlar mənasını dərk etmədiyim bu sözlər mənə çox bəsit gəlirdi. Mənə görə bu sözlər sevdiyim ölkənin və dilin sadəcə bir parçası idi. Zaman gəldi anladım ki, insan övladının ən çox ehtiyac duyduğu kəlimələrmiş valideyn xeyir-duası... Ata və analarımızın dəstəyinə təkcə uşaqkən yox, ömrümüzün hər anında ehtiyac duyurmuşuq...

Bütün bunlar bir yana, zaman həmin xeyir-duanı da dəyişdi dilimizdə. Artıq “bizə də onlara xeyir-dua vermək düşər” kəlməsi “bizə düşən onları ayırmaqdır” ilə əvəz olundu. Baxdığımız filmlərin, ordakı qəddar qayınana, yaxud qayınata obrazının təsirindənmi bilmirəm, övladlarımıza ovuc içi qədər xoşbəxtliyi də çox görməyə başladıq. Bəlkə elə bu filmlər içimizdəki mərhəmətsiz insanı üzə çıxardı. Oğlumuzun aşiq olduğunu və evlənmək istədiyini eşidib çarəni falçılarda, dil-ağız bağlamaqda, ən yaxşı halda sevdiyi qızı gözdən salmaqda axtardıq...

Bəlkə də dövr dəyişib deyə düşünürsünüz, amma belə problemlər indi də tez-tez yaşanır. Təəssüf ki, valideyn narazılığı və öz istəyini diktə etmə halları artıq keçmişdə qaldı deyə bilmirik... Ən azından gördüklərim bunu deməyə əsas verir.

Əziz atalar və analar, çıxış yolu nə üfürülən əşyalarda, nə də iynə və sapdadır. Övladlarımızı dəstəkləmək, seçimi hər kim olur-olsun, qürurla arxasında dayanmaqdır valideynlik borcumuz. Gəncləri ayırmaqla filankəsin qızına deyil, öz övladımıza pislik edirik. Ona seçim haqqı tanımamaqla övladımızın gələcəyini, qurulacaq xoşbəxt bir ailəni məhv etmiş oluruq. Unutmayaq ki, öz seçimimizi övladımıza diktə etməklə, gələcəkdə baş verə biləcək ən xırda problemdə biz günahkar çıxarılacağıq. Odur ki, övladlarımızdan “Xoşbəxt olun” kəliməsini əsirgəməyək.

P.S. Öz yarına qovuşa bilməmək təkcə valideynin səhvi deyil. Siz öz seçiminizin arxasında sonuna qədər durun ki, nə qədər qərarlı olduğunuzu və sevdiyinizi anlasınlar. Sevdiyinizlə xoşbəxt olduğunuzda, çəkdiyiniz bütün əziyyətlərə dəyəcək...

# 1336 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
#
#
# # #