Əgər Yaradan bütün günahları bağışlasaydı cəhənnəm mifi yaranmazdı yəqin ki, belə düşünürəm...
Səni yaxşı tanımıram, heç tanımaq da istəmirəm! Tanımağa nə lüzum var ki? Adını yaxşı bilirəm amma! Qatil! Əvvəla get cıxar o əynindəki geyimi, o bu Vətəni qoruyanların geyimidi, bəli o əsil kişi geyimidi, özünü aldatma,daha səninçün deyil o geyim! İnşallah tezliklə səni və sənə dəstək verənləri xalq qarşısında dustağ paltarında, boynubükük, rəzil durumda görərik, sənə də bu yaraşır! Bəli sən qatilsən, əllərini- hələ uşaqlıq dünyasından ayrılmayan, bir ananın gözünün ağı qarası bircə balasının qanına batırmış, gözləri qandan başqa heç nə görməyən, qan qoxusunu sevən adi bir qaniçənsən mənimçün. Sənə dünyanın bütün iyrənc sözlərini aid etmək olar, amma mənim dilimə yaraşmaz! Sənə nə deyilsə, sənə nə cəza verilsə haqqdır, onsuz da o qatil sözünün içində hansı iyrənc sözü istəsən tapa bilərsən.
Heç düşünməzdim ki, sonuncu şəhidimiz, Ceyhun haqqında mən də nəsə yazacam. Sənətimlə əlaqəli olaraq hər gün onlarla şagirdlə danışıram, onlarla yeniyetmənin arzularını, gələcək planlarını dinləmişəm. Kaş bilsəydin gənclərin arzularını dinləmək, gözlərindəki həyat eşqini görmək insana necə böyük xöşbəxlik verir. Əslində bu ölüm xəbərini adi bir təəssüflə, ürəkağrısıyla qarşıladım, ən azından Azərbaycanda bu kimi hallara öyrəşmişik artıq deyə mənə təəccüblü görünmədi, amma... Açıb təkrar-təkrar baxdığım kadrlarda ananın dəhşət dolu “balamı verin” verin fəryadı qanımı dondurdu, gecənin bir aləmində ağlatdı məni bu ana!
Məsələnin nə siyasi, nə də digər tərəfləri umrumda belə deyil, onsuz da bu faciəni hərə öz bildiyi, daha doğrusu sərf etdiyi tərəfə çəkdi! Cismi ağrıdığı kimi ruhu da ağrıdı, şəhidimin! Məni silkələyən, məni məhv edən o ananın hələ də qulağlarımdam getməyən fəryadı, “balamı verin, mənim ondan başqa heç kimim yoxdu” sözləri oldu. Kim azaldacaq bu ananın dərdini? Kim soyudacaq onun ürəy yanğısını? Kim sona qədər o ananın yanında olacaq? Üç-beş gün ağlayacayıq, dərdinə azacıq şərik olcayıq, bir az təsəlli, bir az hay-küy, vəssalam! Bitəcək, unudulacaq hər şey, biz nələri unutmadığ ki?!...
Qatil, mən ana deyiləm, analıq hissinin nə olduğunu da bilmirəm, amma səndən fərqli olaraq insanam. Sən bir ananın övladını əlindən almaq nə deməkdi, bilirsən? Alıb da vəhşicəsinə qanını axıtmaq nədi, bilirsən? Bizdə buna qəddarlıq deyirlər, vəhşilik deyirlər, nakişilik deyirlər, əgər bu sizlərçün adi bir haldısa tüpürüm sizin ucuz varlığınıza!!! Cavab ver, özün kimi neçə şərəfsizi özünə qoşub bu vəhşiliyi, bu barbarlığı etdin? O uşağ vurulan təpiklərdən əzab çəkdikcə, bəlkə də səndən imdad dilədikcə zövq ala bildinmi barı? O səs xoşuna gəldimi?... Bax o səs var ha, bax o səs sənin cəhənnəmin olacaq! Sən nə bilirsən törətdiyin bu vəhşilik bir gün artığlamasıyla özünə qayıtmayacaq? Sən nə bilirsən bundan daha böyük faciə səni gözləmir? Bəlkə sən övlad sevgisinin nə olduğunu belə bilmirsən, bilsəydin əllərin bir başqasının övladına qalxardımı, şərəfsiz?
Bunu edən cəllad, bil ki biz təəssüf edənlər, ağlayanlar, bəzilərinə görə hay-küy salanlar bir gün bu faciəni unudacayıq, insan övladı bu dünyada nə faciələr gördü, nələri unutdu! Bəli, bunu da unudacayıq, torpağın üzü soyuqdu deyirlər, bəlkə anasının da yarası qaysağ bağlayacaq ,sağalacaq bir az da olsa, dərdinə yeniləcəy. Amma o işgəncəylə, düşməninmiş kimi xüsusi zövq və qəddarlığla öldürdüyün o gəncin ruhu sənə heç zaman rahatlıq verməyəcək, o əzabdan heç vaxt qurtula bilməyəcəysən.O əzabla öldürdüyün gəncin bədəni torpaq altında necə rahatlığla uyuyacağsa, sən onun əksinə nə bu dünyada nə də “o dünya” deyilən məkanda rahatlıq tapmayacağsan. Sən onun təkcə cismin parcaladın, arzuların, xəyalların , bəlkə də yeni pöhrələnmiş sevgisini tapdaladın, dünyasını alt-üst edin. Amma o şəhid sənin ruhunun qənimi olacaq, səni heç vaxt əfv etməyəcək, səni heç vaxt rahat buraxmayacaq! Mən dindar deyiləm, Allahın harda olduğunu , əməllərimizi harda və hansı səbirlə izlədiyini də bilmirəm. Sənin istər dövlət, istər Tanrı tərəfindən necə cəzalandırılacağını da bilmirəm. Amma adım Günel kimi dəqiq bildiyim bir şey var, sən artıq bitmisən, sən artıq Allahın nəzərində yoxsan!!! Böyük günah etdin, qatil, bağışlanmayacaq günah etdin! Bir daha kimsənin üzünə baxa bilməyəcək qədər böyük günah! Bilirsənmi insanın çəkə bilmədiyi ən böyük cəzası nədir? Əminəm ki bilmirsən! Öz gözlərinin içinə baxa bilməmək!!!
Güzgüdə öz gözlərinin içinə baxa bilmədiyin gün sən artıq insan deyilsən demək, insanlığdan cıxmısan, daha doğrusu yoxa cıxmısan! Bir daha güzgüyə baxma, qatil, baxma!!! Baxsan, gözlərində Ceyhunu - ən böyük günahını və cəzanı görəcəysən!!!