Kulis.az Nihad Aslanın şeirlərini təqdim edir.
Qələmi götürüb sözə batırdım,
Şeirdən rəsmini çəkdim bu gecə.
Kipriyim düşmüşdü yanağlarıma,
Üfürüb bir arzu tutdum bu gecə.
Saxladım qələmi gözünə çatanda,
Mən rəsm çəkirdim gördüm şeirsən.
Baxdığım gözlərə şeir yazanda,
Sevdiyim gözlərə sürmə çəkərsən.
Mən Müşfiq deyiləm ama,
Şeir də yazaram naz da çəkərəm.
Müşfiq rəssama sevgilisini çək deyib ama,
Bəlkə mən elə rəssamın özünü sevirəm.
***
Kim uddu bu oyunda,
Kim uduzdu bilmirəm.
Bu bahalı şəhərdə,
Kim ucuzdu bilirəm.
Hər gün min üz görürəm,
Milyonların içində.
Bu göz nələr görmədi,
Bu minlərin içində.
Hər gün bir don dəyişib,
Hər gün bir maska taxır.
Hamıya paxıl-paxıl
Görürsən necə baxır.
Ətin,yağın,çörəyin...
Qiyməti qalxan ölkədə,
Bəs necə olur ki insanlların,
Qiyməti ucuz qalıb.
Yağ kimi yaltağlananın,
Yox dəyəri yağ qədər.
Bu millətin dərd-səri,
Artıb olub dağ qədər.
Ölmə eşşəyim ölmə...
Gözləmə ki düzələr.
İnsan ölər doğular,
İnsanlıq çətin gələr.
Həyatına dağılsam yığıb-yığışdır məni,
Əgər yadında qalsam özünə sığışdır məni.
Daraq olub saçına saçlarını darasam,
Hörüyünə sığalsam teninə qarışdır məni.
Yuxu olub gözünə gəlsəm gecələr sənin,
Şirin yuxun olaram unut səhərlər məni.
Fələk qapını döyəndə durub çıxmışam səsə,
Elə bilmişəm sənsən özüm aldatdı məni.
Baş qoyduğun balışı islatsa gözünün yaşı,
Qurban axan gözünə san gözündə yaş məni.
Sinəni dərd aparsa mənim üçün darıxsan,
Bircə dəfə çağırsan Vallah taparsan məni.
Cismən ayrı olsaq da ruhum qaçır yanına,
Salır səni yadıma qoymur sənsiz ruh məni.
Ayrılıq olmasaydı bağımız qoymasaydı,
Nihad sənə yar idi, san yenə də yar məni.
Gözümü yumuram səni görürəm,
Gözümü açıram sən görünürsən.
Bizim bir fərqimiz var o da,
mən yaddan çıxıram,
sən yada düşürsən.
Bəzən yada dönürsən,
bir də görürsən,
tanıya bilmirəm səni görəndə.
Ya sən dəyişmisən,
ya da mən özüm,
asılıb qalmışam sənli günlərdə.
Öpür kipriyimi balışımdakı,
tökülüb o vaxtdan qalan tellərin.
Hər gecə başımı balışa qoyanda,
bürüyür yuxumu xatirələrin.
Səninçün burnumun ucu göynəyir,
Boş qalıb həyatın sən olan yeri.
Əzablar içində itirib özümü,
yazdığım şeirlərdə tapıram səni.
Sözləşib Allahın buludlarıyla,
hər dətlə buludlara bir az da doluram.
İldırım boş şeydir
Vallah himəbəndəm,
ani bir söz üstə leysan yağaram.
Öldürüb mən səni külqabılarında,
Bir badə şərabla diriltdim hər gün.
Sənin yaşadığın şeirlərimdə,
hər sətir sonunda ölürdüm hər gün.
Qəribə adamsan yuxularımda,
gözümü yumuram səni görürəm.
Qəribə adamsan yanımda yoxsan,
gözümü açıram sən görünürsən.
Dərdin nədir görəsən?
Ruhum uçdun göyə sən.
İstəmişdim güləsən,
Birdə yerə enəsən.
Məni başa düşəsən,
İşdir birdən üşüsən,
Tez cismimi geyinəsən.
Uçan günü göyə sən
qəribə idin niyəsə.
İstəyirdim dinəsən,
Nəsə bir söz deyəsən.
Gördüm ki yox küsmüsən,
Çətin birdə yerə sən,
Bu gedişlə enəsən.
Boşluq yaranıb içimdə,
Dolduran yox biləsən.
Bəlkə unudub hər şeyi,
Özümə insaf edəsən?
İçimdəki bu səsə,
Bəlkə cavab verəsən?
Cismim torpaq altında,
Ruhum göydə gəzirsən.
Məndən gedən "mənim"sən,
Qayıt birdə "mənə"sən.
Bilirəm yaşadıqca,
Batıqlığa düşürsən.
Cahillər arasında,
Yaşasanda ölürsən.
Çəkir səni insanlar,
Sən də onlara dönürsən.
Söz altında gizlənib,
Gündə bir maska geyinirsən.
Həyatda çirkablaşır
bu üzsüzlər içində.
İnsanlıqdan əsarət
qalmayıb yer üzündə.
Hərə öz ölüsünün,
Yasın tutub ağlayır.
Hərə öz hayındadır,
Kim sənə can yandırır?
Aldığım son nəfəsə,
Yaşadıqlarım yığıldı.
Ruhum məndən gedəli,
Surətimlə yaşadım.
Ürək yalandan vurdu,
Cismim tamam dağıldı.
Həqiqətən bu həyat,
Özüdə bir nağıldır.
Bir vardır,biri yox...
Var olan bu həyatdır,
Yoxluqda ki özünsən.
Yaşamaq olmur belə,
Ruhum yaxşı getmisən.
Cismimi kim görürsə,
Deyir ki sən ölmüsən.
Dünya malından zərrə qədərdə gözüm yox,
Olsada dürdən cahi-calal toxam gözüm yox.
Uymaram iblisin vəsvəsəsiylə getmərəm bilmədiyim yolları,
Zikr edərəm Allaha sığınıb çünki başqa lüzum yox.
Fitnədən fəsaddan uzaq ollam olsada başım bəlada,
Yüz yol yorsada zillət demərəm məndə dözüm yox.
Mirzədən,Cəlildən bu yana keçsədə yüz il,
Dəyişən şəhərdir kənddir insan eyni insana sözüm yox.
Yük
Mən,ruhum və cismim,
Biri yerə,biri göyə,biri...
gedir uzağa,
biri dönür uşağa,
biri yaşayır hələ,
biri ölüb bəlkə də
çatmayıb arzusuna.
Gözüm,üzüm və sözüm,
Biri yaşdır,biri qırış,biri...
deyilməyən hiss,
biri əvəzolunmaz,
biri illərin yükü,
birini ölüm qorxutmaz.
Biri susar,biri görər,biri gülməz,
Özü bilər,özgəsi yox,
İçdə çəkər yükünü,
Ağlamağı görünməz.
Qadın,kişi və insan,
Biri ata,biri ana,biri...
biri övlad,biri oğul,biri qız,
Biri bəydir,biri gəlin,biri..
biri vicdan,nə kişidir nə qadın.
O insandır...
İnsan varmı,insan qalıb?
Yandırıb saf çırağımı,
Axtarıram görən olsa desin mənə.
Əlaməti vicdanı var,mənliyi var özü var,
Nə qadındır, nə kişidir...
O dürüstdür,o insandır,onun bütöv sözü var.
İnsan, xoşbəxtlik və yük,
Biri xoşbəxt,biri bədbəxt,biri...
daşıyır hər ikisini.
Biri hırhahır gülür,
Biri qısır səsini,
Çəkilib,qısılıb küncə,
Gözünün yaşın tökür.
Hərənin öz yükü var,
Biri ağır, biri yüngül,biri...
Bir də gücü çatdığı qədər
çəkir insan yükünü.
Götürürəm ölçümü,
Yığıram bu üçünü,
Qələm,dəftər və sözüm,
Qaldırıram yükümü.
Küsmüş bu fəqir dünyada dirilərdən,
Fərqi yoxdur zərrə qədərdə ölülərdən.
Başının üstündə qapaz var azadəliyi yox,
Sanma yaşayır bu zindandır azad həyatı yox.
Zülümə -zillətə qatlandı bu yazıq doğulandan,
Nə bəlalar ötüb başından bəllidir halından.
Canavar getdi bada beş-altı çaqqal ucbatından,
Allatdı bir ömür bir sürünün keçib başından.
Dinsiz-imansızlara qurban getdi neçə min can,
Sonra fəxr etdi yalandan haykırıb Azərbaycan.