MTRŞ açıqladı: Cizgi filmində söyüş söymək olar

MTRŞ açıqladı: <span style="color:red;">Cizgi filmində söyüş söymək olar
11 avqust 2016
# 13:46

““Günəş TV”də dünən gecə yarısı efirə getmiş "Mən yaramazam" cizgi filmində personajlardan birinin dilindən təhqiramiz ifadələr səsləndirilməsi, söyüş söyülməsi heç bir əsasnamə və qaydaya zidd deyil. Çünki himin cizgi filmi efirdə saat gecəyarısı (00:40) yayımlanıb. Ona görə də burada heç bir qayda pozuntusu yoxdur”.


Bu sözləri Modern.az saytına açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov deyib.


Şura rəsmisi bildirib ki, yetkinlik yaşına çatmayan şəxslər üçün efir vaxtının öz məhdudiyyəti var:


“Yetkinlik yaşına çatmayan şəxslər üçün televiziyada yayılan görüntülərlə bağlı xüsusi qaydalarda uşaqların baxa bilməyəcəyi, məhdudlaşdırıcı vaxt səhər saat 7-dən axşam saat 23:00-a qədər hesab olunur.

Yəni axşam saat 23-dən sonra və ya gecəyarısı efirə hər hansı proqramlarda söyüş və ya ədəbsiz ifadələr gedirsə, bu qanunla qadağan deyil və ona görə hər hansı bir hüquqi tədbir görə bilmərik. Çünki burada qanun pozuntusu yoxdur”.


Toğrul Məmmədov deyib ki, artıq televiziya rəhbərliyi özü cizfi filminə nəzarət edən şəxsləri cəzalandırıb:


“Bununla belə, “Günəş TV”-nin uşaq televiziyası olduğunu nəzərə alan MTRŞ belə bir halla bağlı kanal rəhbərliyinə müraciət edərək, öz iradını bildirib.

Televiziya rəhbərliyi də bizə söz verdi ki, bir daha belə bir hala yol verilməyəcək və bu, təkrar olunmayacaq. Televiziya rəhbərliyi bizə dedi ki, həmin cizgi filminə nəzarət edən şəxslər artıq cəzalandırılıb”.


"Günəş TV"nin icraçı direktoru Rəşad İsayev "Mən yaramazam" cizgi filmində personajlardan birinin dilindən səsələndirilən "o sənin dalını dağıdacaq" ifadəsinə görə açıqlama yayıb.


O, bildirib ki, efirdə səsələndirilən bərbad tərcüməyə görə tamaşaçılardan üzr istənilib:

"Baş verən yanlışlığa görə təəssüf hissi keçiririk. Məsələ ilə bağlı bir neçə əməkdaş, artıq, cəzalandırılıb. Aparılan araşdırmaların nəticəsində, bu xoşagəlməz halın yaşanmasına səbəb olan, cavabdeh şəxslər işdən azad olunacaq. Eyni zamanda bir daha belə halların yaşanmaması üçün telekanal əməkdaşları qarşısında xüsusi tələb qoyulub. Bu xoşagəlməz duruma görə tamaşaçılarımızdan üzr istəyirik".

# 1775 dəfə oxunub

Oxşar xəbərlər

“Cənnət yuxusu”  filmi təqdim edildi

“Cənnət yuxusu” filmi təqdim edildi

17:35 7 may 2026
“Molla Nəsrəddin. Çətin günlərimin dostu”  filmi bu il yayımlanacaq

“Molla Nəsrəddin. Çətin günlərimin dostu” filmi bu il yayımlanacaq

15:29 7 may 2026
"Oskar"da qaydalar başdan-ayağa dəyişdi - Süni intellektə sərt qadağa

"Oskar"da qaydalar başdan-ayağa dəyişdi - Süni intellektə sərt qadağa

11:36 7 may 2026
“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

18:11 6 may 2026
“Araşdırın!” bədii filmi Dövlət Film Fondunun <arxivinə daxil edildi - 48 ildən sonra

“Araşdırın!” bədii filmi Dövlət Film Fondunun - 48 ildən sonra

12:10 6 may 2026
Türkiyədə Azərbaycan Kinosu Günləri

Türkiyədə Azərbaycan Kinosu Günləri

10:07 6 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər