Berlinare kinofestivalı Rusiyaya etiraz etdi

Berlinare kinofestivalı Rusiyaya etiraz etdi
12 sentyabr 2017
# 16:05

Berlin beynəlxalq kinofestivalı ev həbsinə buraxılmış rus rejissorunun müdafiəsinə qalxıb.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə Festivalın rəhbəri Diter Kosslik Rusiyanın məşhur teatr və kino rejissoru, “Qoqol mərkəz”in bədii rəhbəri Kiril Serebrennikovun işi ilə bağlı etirazını bildirib.

“Biz onun saxlanılmasına, məhkəmə prosesinə, ev həbsinə etiraz edirik” Kosslik şərh verib.

O Serebrennikovu öz yaradıcılığı ilə son illər ərzində beynəlxalq publikanı ilhamlandıran qabaqcıl rus rejissorlarından biri adlandrıb. “Serebrennikov son zamanlar ölkələrimiz arasında qarşılıqlı mədəni əlaqələrin yaranmasında rolu olan olduqca vacib fiqurlardan biridir,” Kosslik söyləyib.

Bundan əvvəl Avropa kinoakademiyası şurasının Serebrennikova dəstək çıxışı etdiyi söylənilirdi.

Xatırladaq ki, Rusiyanın məşhur teatr və kino rejissoru, “Qoqol teatr mərkəzi”nin bədii rəhbəri Kiril Serebrennikova qaşı cinayət işi açılıb və o, 2011-2014-cü illərdə “Platforma” adlı layihəyə ayrılan 68 milyon rublu mənimsəməkdə ittiham olunur.

İrəli sürülən ittiham üzrə Serebrennikovu 10 ilədək həbs gözləyə bilər.

Rusiyanın və dünyanın nüfuzlu kino və teatr xadimləri ittihamı qəbul etməyərək rejissorun müdafiəsinə qalxıblar.

# 1768 dəfə oxunub

Oxşar xəbərlər

"Rolların hamısından xoşum gəlir..." - Onu kino üçün hansı rejissor kəşf etmişdi?

"Rolların hamısından xoşum gəlir..." - Onu kino üçün hansı rejissor kəşf etmişdi?

18:00 9 aprel 2026
Autizmə həsr olunan filmin premyerası keçiriləcək

Autizmə həsr olunan filmin premyerası keçiriləcək

13:00 8 aprel 2026
İsveç rejissoru Naxçıvanda film çəkilişlərinə başladı

İsveç rejissoru Naxçıvanda film çəkilişlərinə başladı

13:18 7 aprel 2026
Şuşada çəkilən ilk film gözləntiləri doğrultdumu? - "Doğma torpağ"ın görünməyən problemləri

Şuşada çəkilən ilk film gözləntiləri doğrultdumu? - "Doğma torpağ"ın görünməyən problemləri

10:00 7 aprel 2026
"Analıq hissini yüksək sənətə daşıya bilmək..."  - Bahəddin Həzi

"Analıq hissini yüksək sənətə daşıya bilmək..." - Bahəddin Həzi

13:00 6 aprel 2026
“Spaceballs 2”nin nümayiş tarixi açıqlandı

“Spaceballs 2”nin nümayiş tarixi açıqlandı

10:40 4 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər