Kazanda müsəlman kinosu festivalı keçirilir

Kazanda müsəlman kinosu festivalı keçirilir
7 sentyabr 2017
# 16:44

Rusiyanın Kazan şəhərində müsəlman kinosu festivalı keçirilir.

“Mədəniyyətlərin dialoqu vasitəsilə dialoq mədəniyyətinə doğru” devizi altında keçirilən festivalın əsas konkurs proqramına dünyanın 27 ölkəsindən 60 film daxil edilib.

Festivalın əsas qonağı olan tanınmış aktyor Marat Başarov bu sənət yarışmasına özünün də rol aldığı “Mulla” filmi ilə qatılıb. Festivalda ilk dəfə Filippin və Malta istehsalı olan filmlər təqdim edilib.

Filmlərin nümayişindən əlavə festival çərçivəsində “dəyirmi masa”lar, yaradıcılıq görüşləri, həmçinin iştirakçı ölkələrin mədəniyyət günləri keçiriləcək. Festivalın münsiflər heyətinə Rusiyanın Xalq Artisti, rejissor Nikolay Dostal sədrlik edir.

Qeyd edək ki, festivalda dünya prokatına təqdim olunmamış filmlər nümayiş olunur. /azertag.az/

# 1720 dəfə oxunub

Oxşar xəbərlər

Qafqazın ilk süni intellekt əsaslı film festivalının qalibləri elan edilib

Qafqazın ilk süni intellekt əsaslı film festivalının qalibləri elan edilib

15:30 19 noyabr 2025
“Avatar 3”ün yayım tarixi açıqlandı

“Avatar 3”ün yayım tarixi açıqlandı

12:46 19 noyabr 2025
AKİ-dən yeni layihə: “Öz filmini yarat!”

AKİ-dən yeni layihə: “Öz filmini yarat!”

16:41 18 noyabr 2025
Kino Agentliyinin seçmədiyi layihənin rejissoru: “Onlar bizdən daha yaxşı bilirlər?”

Kino Agentliyinin seçmədiyi layihənin rejissoru: “Onlar bizdən daha yaxşı bilirlər?”

18:48 17 noyabr 2025
Kino sənətini kim məhv etdi? – Martin Skorsezenin essesi

Kino sənətini kim məhv etdi? – Martin Skorsezenin essesi

16:04 17 noyabr 2025
Məşhur müğənni aktrisalığa başlayır

Məşhur müğənni aktrisalığa başlayır

10:12 14 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər