ADO Paris teatrıyla layihə həyata keçirir

ADO Paris teatrıyla layihə həyata keçirir
18 yanvar 2018
# 10:37

ADO Müstəqil teatrı (Azərbaycan Dağınıq Oda teatrı) Paris teatrı ilə yeni layihə həyata keçirir.

Teatrdan Kulis.aza verilən məlumata görə, tanınmış rejissor və aktyor Dimitar Uzunov ADO teatrında ustad dərsləri keçəcək.

Dərslər zamanı iştirakçılara pyeslərin hazırlanması, müasir incəsənətdə səhnə quruluşu öyrədiləcək. Dərslər 5 gün olmaqla gündə 4 saat davam edəcək. Sonda isə iştirakçılarla birgə hazırlanan performans nümayiş olunacaq, təqdimat tədbiri keçiriləcək. Ustad dərsləri 7-12 fevral aralığında olacaq.

Dimitar Uzunov Paris teatral kompaniyası olan “Famille Mundi”nin təsisçi və bədii rəhbəridir. Eyni zamanda Sofiyada “Teatr və elm” platformasının və “JTP” teatral mərkəzinin təsisçisidir. Sarbona universitetini teatr üzrə bakalavr və magistr dərəcələrini bitirib. Həmçinin Nyu-Yorkda MICEFA proqramı üzrə aktyor, rejissor və teatr rəhbərliyini oxuyub.

Dimitar Uzunov bir neçə məşhur filmlərdən tanışdır. O, 2012-ci ildə Jerar Depardye ilə “Gülən Adam” filminə çəkilib. Çəkdiyi filmlərə görə, Berlin müstəqil kinofestivalında “Ən yaxşı rejissor” mükafatı alıb. Meksika beynəlxalq kinofestivalında isə “Bürünc əl” mükafatına layiq görülüb.

# 1623 dəfə oxunub

Oxşar xəbərlər

“İzzət Kino Mükafatı”nın qalibləri elan olunacaq

“İzzət Kino Mükafatı”nın qalibləri elan olunacaq

12:10 9 yanvar 2026
Bu dünyada tək qalmaqdan qorxmayan yoxdur... - Mirmehdi Ağaoğlu

Bu dünyada tək qalmaqdan qorxmayan yoxdur... - Mirmehdi Ağaoğlu

16:10 8 yanvar 2026
Amerika trilleri Nizami Gəncəvinin misraları ilə açılır

Amerika trilleri Nizami Gəncəvinin misraları ilə açılır

11:20 8 yanvar 2026
Çilovda "Tilov"a düşənlər - Ağa Cəfərli

Çilovda "Tilov"a düşənlər - Ağa Cəfərli

16:00 7 yanvar 2026
“Məsumiyyət muzeyi” serialının yayım tarixi açıqlandı

“Məsumiyyət muzeyi” serialının yayım tarixi açıqlandı

15:10 7 yanvar 2026
Məşhur aktyor bu filmdə çəkilməkdən imtina etdi - Səbəb

Məşhur aktyor bu filmdə çəkilməkdən imtina etdi - Səbəb

14:30 7 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər