Ssenari müsabiqəsi ilə bağlı görüş olub

Ssenari müsabiqəsi ilə bağlı görüş olub
19 dekabr 2017
# 17:11

Dekabrın 19-da Nizami Kino Mərkəzində qısametrajlı bədii film layihələri müsabiqəsində iştirak etmək arzusunda olan ssenarist, prodüser və rejissorları maraqlandıran məsələlərlə əlaqədar təşkilatçılarla görüş keçirilib.

Tədbirdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov, şöbənin əməkdaşı Elşad Əliyev çıxış edərək müsabiqə barədə məlumat veriblər. Bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan edilən müsabiqənin məqsədi 2018-ci ildə keçiriləcək Azərbaycan kinosunun 120 illik yubileyinə hazırlıqla əlaqədar kinematoqrafiya sahəsində çalışan gənclərin yaradıcılıq fəaliyyətini stimullaşdırmaq, milli mənəvi və ümumbəşəri dəyərləri təbliğ etməkdir.

Bildirilib ki, müsabiqədə film istehsalı ilə məşğul olan müstəqil kino şirkətləri iştirak edə bilərlər. Müstəqil fəaliyyət göstərən gənc müəlliflər müsabiqədə iştirak etmək üçün layihələrini prodüser mərkəzlərinə təqdim etməlidirlər. Kino layihəsinin prodüseri və rejissoru 35 yaşadək kinematoqrafçılar olmalıdır. Müsabiqə üçün sənədlər eyni deviz altında olan iki bağlı zərfdə gələn il aprelin 20-dək nazirliyə təqdim edilməlidir. Birinci zərfdə çəkilişi rəqəmli daşıyıcıda nəzərdə tutulan, istənilən növ, janr və formatda az büdcəli qısametrajlı bədii filmin ədəbi ssenarisi, adları qeyd edilmədən filmin rejissoru və prodüserinin gələcək film haqqında bir səhifəlik şərhləri, layihənin təxmini smeta dəyəri və istehsalı haqqında məlumat daxil ediləcək. Üzərində eyni deviz qeyd edildiyi ikinci bağlı zərfdə müsabiqə iştirakçısı olan kino şirkətinin adı, dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti, poçt və bank rekvizitləri, həmçinin rejissor, ssenari müəllifi və prodüserin adları, əlaqə telefonları qeyd olunur. Sənədlər paketi tam olmadığı halda layihə buraxılmır.

Diqqətə çatdırılıb ki, müsabiqə qaliblərinin adları gələn ilin aprelin 20-dək nazirliyin www.mct.gov.az saytında və “Mədəniyyət” qəzetində açıqlanacaq. Münsiflər heyətinin seçdiyi qalib layihələr Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalat bazasında və kinostudiyanın maliyyə təminatı ilə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında həmin layihələri təqdim etmiş şirkətlər tərəfindən çəkiləcək.

Sonra tədbir ssenarist, prodüser və rejissorları maraqlandıran məsələlərin müzakirəsi ilə davam edib. /azertag.az/

# 1820 dəfə oxunub

Oxşar xəbərlər

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.."  - Qadın talelərindən cəsarətli film çəkən  görkəmli aktyor

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.." - Qadın talelərindən cəsarətli film çəkən görkəmli aktyor

12:07 12 avqust 2025
“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

11:30 9 avqust 2025
Ceyms Kamerondan nüvə hücumları haqqında  yeni film

Ceyms Kamerondan nüvə hücumları haqqında yeni film

10:35 7 avqust 2025
“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

17:18 31 iyul 2025
Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

16:24 31 iyul 2025
Di Kaprionun yeni filminin treyleri yayımlandı

Di Kaprionun yeni filminin treyleri yayımlandı

15:33 31 iyul 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər