Yuğ Dövlət Teatrı beynəlxalq festivalda

Yuğ Dövlət Teatrı beynəlxalq festivalda
25 avqust 2017
# 15:10

24-28 avqust tarixlərində Qazaxıstanın Aktau şəhərində Xəzəryanı Ölkələrin Birinci Beynəlxalq Teatr Festivalı keçirilir.

Kulis.Azın verdiyi xəbərə görə, festival Qazaxıstanın xalq artisti Asanali Aşimovun 80 illik yubileyinə həsr olunub. Festivalda Azərbaycanı təmsil edən Yuğ Dövlət Teatrının yaradıcı heyəti artıq Qazaxıstandadır. Teatr Mikayıl Mikayılovun quruluşunda hazırlanmış “Medeya. Sekvensiya 01” tamaşası ilə 26 avqust tarixində qazaxıstanlı tamaşaçıların görüşünə çıxacaq.

Festivalda Yuğ Dövlət Teatrı ilə (Azərbaycan) yanaşı, “Ayna” teatr qrupu (İran), Noqay Dövlət Dram Teatrı (Dağıstan), Həştərxan Dövlət Dram Teatrı (Həştərxan), Auezov adına Qazax Dövlət Akademik Dram teatrı, Janturina adına Musiqili Dram teatrı (Qazaxıstan) və başqa teatrlar iştirak edir.

Xatırladaq ki, beynəlxalq tərkibli münsiflər heyətində Azərbaycanı sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilov təmsil edir.

# 1428 dəfə oxunub

Oxşar xəbərlər

“Simpsonlar”  20 il sonra qayıdır

“Simpsonlar” 20 il sonra qayıdır

10:17 2 oktyabr 2025
"Avatar: Od və kül"  filminin yeni treyleri yayımlandı

"Avatar: Od və kül" filminin yeni treyleri yayımlandı

17:05 1 oktyabr 2025
Yeni müsabiqə: Qalib 5000 manat qazanacaq

Yeni müsabiqə: Qalib 5000 manat qazanacaq

11:00 1 oktyabr 2025
Xankəndidə “Zəfər zəngi”  filminin təqdimatı baş tutdu

Xankəndidə “Zəfər zəngi” filminin təqdimatı baş tutdu

11:52 27 sentyabr 2025
Türkiyə-Azərbaycan türk film günlərinin qala gecəsi oldu

Türkiyə-Azərbaycan türk film günlərinin qala gecəsi oldu

10:30 27 sentyabr 2025
Məşhur aktrisanın yeni filmi bəlli oldu

Məşhur aktrisanın yeni filmi bəlli oldu

13:35 26 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər