Nəsimini edam etmək üçün axtaracaqlar

Nəsimini edam etmək üçün axtaracaqlar
9 oktyabr 2019
# 10:55

Rejissior Mehriban Ələkbərzadə yeni tamaşa hazırlayır.

Bu barədə Kulis.aza rejissor özü məlumat verib.

O, bildirib ki, böyük şair İmadəddin Nəsiminin həyatından bəhs edən tamaşa prezident İlham Əliyevin “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamına əsasən hazırlanır. Şərti adı “Mənəm mən” adlanan tamaşa yazıçı İlqar Fəhminin pyesi əsasında hazırlanır. Pyes detektiv-didaktik janrdadır. Əsərdə Şeyx Əzim Əllamə Şəmsəddin Bağdadinin fitvasına əsasən həqiqi Nəsiminin tapılaraq meydanda edam olunmasından və Seyid Əlinin Nəsimiləri axtarışından bəhs edir. Tamaşa “Yuğ” teatrının tamaşası olmaqla yanaşı, həm də “Türk Mədəniyyət və İrsi Fondu” ilə birgə hazırlanır.

Tamaşada Xalq artisti Məmməd Səfa Qasımov, əməkdar artist Qasım Nağıyev, aktyorlardan Amid Qasımov, Əbdül Əliyev, Vüqar Hacıyev, Elgün Həmidov, Elşən Əsgərov, Ziya Ağayev iştirak edirlər. Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, bəstəkarı Aygün Səmədzadədir.

Rejissor bildirib ki, hal-hazırda stol arxası məşqləri gedən tamaşanı hürufilik nədir, Nəsimi kimdir, “Ənəlhəqq” anlayışının hansı anlam daşıması və digər əzəli- əbədi suallar ətrafında növbəti yaradıcı axtarış da hesab etmək olar.

Tamaşanın premyerası noyabrın əvvəlində olacaq.

# 3113 dəfə oxunub

Oxşar xəbərlər

"Snouden"in müəllifindən yeni film

"Snouden"in müəllifindən yeni film

10:40 26 may 2026
Builki Kann Festivalının ən qalmaqallı filmi: "Fyord"

Builki Kann Festivalının ən qalmaqallı filmi: "Fyord"

12:48 25 may 2026
"Peaky Blinders" geri qayıdır: Tommi Şelbinin oğlunu o canlandıracaq

"Peaky Blinders" geri qayıdır: Tommi Şelbinin oğlunu o canlandıracaq

11:00 25 may 2026
Məşhur rejissordan qadağa: "Ağıl oyunları"nın qəhrəmanı çəkilişə niyə buraxılmamışdı?

Məşhur rejissordan qadağa: "Ağıl oyunları"nın qəhrəmanı çəkilişə niyə buraxılmamışdı?

10:17 25 may 2026
"Emili Parisdə" serialı son mövsümü yayımlanacaq

"Emili Parisdə" serialı son mövsümü yayımlanacaq

13:36 23 may 2026
Tom Hardi "MobLand" dan qovuldu

Tom Hardi "MobLand" dan qovuldu

12:04 23 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər