Di Kaprio Leonardo Da Vinçi obrazında

Di Kaprio Leonardo Da Vinçi obrazında
15 avqust 2017
# 10:48

Amerikalı aktyor Leonardo Di Kaprio rəssam Leonardo da Vinçi haqqında çəkiləcək bədii filmdə baş rolu oynayacaq. Kulis.z AZƏRTAC-a istinadən xəbər verir ki, amerikalı jurnalist və yazıçı Uolter Ayzeksonun “Leonardo da Vinçi” romanı əsasında çəkiləcək filmin prodüseri də Di Kaprio olacaq.

Roman bu ilin payızında ABŞ-da satışa çıxarılacaq. Kitabın naşirlərinin söylədiklərinə görə, müəllifin təsvir etdiyi hadisələrlə italiyalı rəssamın gündəliyindəki qeydlər, demək olar, eynidir.

Romanı ekranlaşdırmaq hüququnu “Paramount” şirkəti əldə edib. Lakin filmin istehsalına nə vaxt başlanılacağı barədə məlumat verilmir.

Di Kaprio etiraf edib ki, onun ən böyük arzularından biri həmin rolu oynamaqdır. Məsələ burasındadır ki, anası Florensiyada Uffitsi qalereyasını ziyarət edərkən bətnində tərpənən körpəyə məşhur rəssamın şərəfinə Leonardo adı vermişdi. Tanınmış aktyorun adını daşıdığı dahi rəssam haqqında çəkilən filmdə baş qəhrəman obrazını canlandırmaq arzusu da elə buradan qaynaqlanıb.

Qeyd edək ki, yazıçı Uolter Ayzekson məşhurların həyatı haqqında yazılan əsərlərin müəllifi kimi tanınır. Onun “Apple” şirkətinin qurucusu Stiv Cobs haqqında kitabı bestsellerə çevrilərək ekranlaşdırılıb.

# 2454 dəfə oxunub

Oxşar xəbərlər

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.."  - Qadın talelərindən cəsarətli film çəkən  görkəmli aktyor

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.." - Qadın talelərindən cəsarətli film çəkən görkəmli aktyor

12:07 12 avqust 2025
“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

11:30 9 avqust 2025
Ceyms Kamerondan nüvə hücumları haqqında  yeni film

Ceyms Kamerondan nüvə hücumları haqqında yeni film

10:35 7 avqust 2025
“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

17:18 31 iyul 2025
Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

16:24 31 iyul 2025
Di Kaprionun yeni filminin treyleri yayımlandı

Di Kaprionun yeni filminin treyleri yayımlandı

15:33 31 iyul 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər