dOM teatrı festivalda iştirak edəcək

dOM teatrı festivalda iştirak edəcək
23 may 2019
# 17:12

Azərbaycanlı rejissor Tərlan Rəsulovun rəhbərlik etdiyi “dOM” müstəqil teatrının kollektivi “Tuğanlıq” festivalında iştirak etmək üçün Başqırdıstana yola düşüb.

Müstəqil teatr festivalda ölkəmizi dramaturq İsmayıl İmanovun əsəri əsasında hazırlanmış Tərlan Rəsulovun quruluş verdiyi “Limbo” immersiv tamaşası ilə təmsil edəcək.

Türkdilli Teatrların Beynəlxalq “Tuğanlıq” Festivalı artıq yeddinci dəfə keçirilir və hər festivalda türkdilli dövlətlərin ən yaxşı teatr kollektivləri dəvət olunur.

Festivalın proqram direktoru Aysılu Saqitovanın sözlərinə görə, “Tuğanlıq” festivalında “müasir dünyada milli dilimizi, mədəniyyətimizi, adət-ənənələrimizi necə qorumalıyıq?” suallarına cavab axtarılacaq. Bu sual həmçinin, festival çərçivəsində keçiriləcək “Mədəniyyətlərarası dilaoq və Türkdilli Teatrlar” elmi-praktiki konfransında qaldırılacaq.

Mayın 23-dən başlayan festival mayın 30-dək Ufada davam edəcək. Həmin günlər ərzində Başqırdıstan, Tatarıstan, Azərbaycan, Krım, Qaqauz, Qırğızıstan, Tıva, Hakasiya, Özbəkistan, Türkiyə, Qazaxıstan, Altay Respublikasının teatr kollektivləri öz tamaşalarını M.Qafuri adına BADT, M.Kərim adına RB Dövlət Gənc Tamaşaçılar Teatrı, Ufa Dövlət “Nur” Tatar Teatrı, Başqırd Dövlət Opera və Balet Teatrı, Başqırdıstan Dövlət Akademik Rus Dram Teatrının səhnələrində təqdim edəcəklər. Respublikanın və M.Qafuri adına BATD-nin 100 illiyinə düşən builki festivalda ümumilikdə 14 teatr kollektivi iştirak edəcək. Teatrın direktoru Tərlan Rəsulov festival çərçivəsində baş tutacaq elmi-praktiki konfransda çıxış edəcək. Festival çərçivəsində reallaşacaq etnokonsertdə isə teatrın aktrisası Əməkdar artist Yaqut Paşazadə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş kompozisiya ilə çıxış edəcək. /azertag.az/

# 2796 dəfə oxunub

Oxşar xəbərlər

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.."  - Qadın talelərindən cəsarətli film çəkən  görkəmli aktyor

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.." - Qadın talelərindən cəsarətli film çəkən görkəmli aktyor

12:07 12 avqust 2025
“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

11:30 9 avqust 2025
Ceyms Kamerondan nüvə hücumları haqqında  yeni film

Ceyms Kamerondan nüvə hücumları haqqında yeni film

10:35 7 avqust 2025
“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

17:18 31 iyul 2025
Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

16:24 31 iyul 2025
Di Kaprionun yeni filminin treyleri yayımlandı

Di Kaprionun yeni filminin treyleri yayımlandı

15:33 31 iyul 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər