Yaxşı aktyor kimi desən oynamağı bacarandır: özündən yaşca balacanı da, təcrübəsi, yaşı özündən qat-qat çox olanı da.
Kulis.az kinoda qocala bilmiş aktyorları təqdim edir.
Cared Leto “Cənab heç kim” filmində (2009) Nemo rolunda
Jaredi bu görkəmdə bir də nə vaxtsa çətin görək: Aktyor deyəsən cavanlıq məcunu içir, son 20 ildə bir qırış da artmır. Deyirlər, qrim hazırlanması üçün istifadə etdiyi silikon maskadan iyrənirmiş, amma rolu əla alınıb.
Tilda Suinton “Qrand Budapeşt oteli” filmində (2014) Madam Selin-Vilnev Deqoff-und-Taksis rolunda
Aktrisa yaşlı aristokrat qadını ustaca oynayır: qrim də elə ustalıqla çəkilib ki, asanlıqla tanımaq mümkün deyil. Yeri gəlmişkən Süinton tezliklə kinoda bir daha qocalacaq: “Suspiriya” filmində onu yaşlı kişi rolunda görəcəksiniz. Necə deyərlər tanınmaz halda.
Bred Pitt “Bencamin Battonun sirli əhvalatı” filmində (2008) Benjamin Batton rolunda
Bred Pitti qocaltmaq üçün o illərin ən yeni texnologiyaları istifadə olunub: Aktyorun üzündən alınan 120 emosiya 3d modelə fiksə olunub. Nəhəng bir iş aparılıb – aktyorun emosiyaları onun dublyoruna köçürülüb. Filmin olsa-olsa yarısını Pitt adi kamera qarşısında oynayıb.
Keyt Blanşett “Bencamin Battonun sirli əhvalatı” filmində (2008) Deyzi rolunda
Benjamin Battonun sirli əhvalatı filmində əsas qadın rolunu Keyt Blanşet oynayır, onun qəhrəmanı film boyunca qocalır. Onun obrazını yaratmaq üçün bəzi yerlərdə adi qrim istifadə olunub, bəzi yerlərdə isə elə baş rol üçün də istifadə olunan animasiyadan istifadə olunub.
Keyt Uinslett “Qiraətçi” filmində (2009) Hana Şmidt rolunda
Filmdə Uinslettin qəhrəmanı gözümüzün qarşısında qocalır: elə çəkilişlər olub ki aktrisa qrimə 8 saat vat sərf edib. Zəhmət boşunə getməyib: Film alınır, Keytsə roluna görə “Oskar” alır.
Culiyanna Mur “Saat” filmində (2002) Lora rolunda
Tamaşaçının gözü qarşısında qocalmaq hər bir aktrisa üçün cəsarətli addımdır, amma Culiyanna Mur həm gənc həm də qoca gördüyümüz qəhrəmanın rolunun öhdəsindən ustaca gəldi. Aktrisa artıq 50 yaşı keçib amma demək olar ki həyatda qocalmayıb, belə getsə onun qocalmağını ancaq kinoda görə biləcəyik.
Leonardo di Kaprio “C.Edqar” filmində (2011) Edqar Quver rolunda
Filmin sonunda Leonu tanımaq olmur: onun qrimi bütün üzünü tutan maskadan ibarət idi; müxtəlif pariklər, burunlar və ağ saçlar.
Xeyli Etvell “Ilk qisasçı: başqa müharibə” filmində (2014) Peqqi Karter rolunda
Bu rol üçün rəqəmsal qrim istifadə olunub: aktrisa öz rolunu qrimsiz oynayır, amma üzündə markerlər olmaqla. Filmə dərisi Xeylinin üzünə düşən yaşlı dublyor çağırılır, qrim işi zərgər dəqiqliyi ilə aparılır. Yavaş yavaş aktyorlar narahat qrimlə əzab çəkmirlər – yaşasın yüksək texnologiya!
Xelena Boem Karter “Böyük balıq” filmində (2003) Cadugər rolunda
Deyəsən Xelenanın üstalığı bu filmdən yaxşı heç harda görünmür: aktrisa ekrana iki əks şəxsiyyət təqdim edir: Gözəl qız Cenifer və şüşəgöz küpəgirən qarı.
Keris Van Xauten “Taxt oyunu” (2016) 6-cı mövsüm filmində Qırmızı Qadın rolunda
Serialın pərəstişkarları 6-cı mövsümün əvvəlini yaxşı xatırlayırlar - Cadugər Melissandra qəflətən iyrənc qarıya çevrilir. Bəs bu rolu kim oynayır? Əlbəttə ki, dublyorsuz keçinmək olmur, amma sima Qırmızı qadın rolunda oynayan aktrisa Keris Van Xautenə aiddir.
/adme.ru/