“Vəlinin yerinə Əlini qoymaqla nə dəyişəcək?” – Rasim Balayevdən sərt tənqid

“Vəlinin yerinə Əlini qoymaqla nə dəyişəcək?” – Rasim Balayevdən sərt tənqid
25 oktyabr 2025
# 15:05

Qurban Pirimov “Azərbaycanfilm”ə direktor təyin edildikdən sonra kino sahəsindəki problemlər yenidən gündəmə gəlib. Belə ki, müzakirəyə səbəb film sahəsindəki problemlərlə yanaşı, son illər Kinostudiyanın rəhbər heyətində baş verən dəyişikliklərdir.

Kulis.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Xalq artisti Rasim Balayev yeni təyinatdan heç bir gözləntisinin olmadığını deyib.

“Bu təyinatların yerini dəyişməklə heç nə dəyişməyəcək. Vəlinin yerinə Əlini qoysunlar, yenə də nəticə eyni olacaq. Əgər təyin olunan direktorun əlində real səlahiyyət, yetərli güc yoxdursa, o nə edə bilər ki? Kinomuzu dirçəltmək istəyiriksə, bu işə kompleks şəkildə yanaşmaq lazımdır. Ora kifayət qədər maliyyə ayrılmalıdır.

Mədəniyyət Nazirliyinə böyük məbləğdə vəsait verilib, amma hələ də Kinostudiyaya bir film belə sifariş edilməyib. Neçə ildir ki, Kinostudiyanın rəhbərliyini tez-tez dəyişirlər, amma nəticə yoxdur, heç bir real dəyişiklik müşahidə olunmur. Ora kim təyin olunsa da, fərq etmir. Elə bir idarəetmə strukturu yaradılmalıdır ki, ora rəhbərlik edən şəxs həmin qurumu işlədə, inkişaf etdirə bilsin. Təəssüf ki, hazırda belə bir struktur mövcud deyil”.

Xatırladaq ki, təkcə ötən il Kinostudiyanın direktoru Nazim Hüseynov və onun müavini Aydın Hüseynov öz ərizələri ilə işdən çıxmışdılar. “Azərbaycanfilm”in əvvəlki direktoru, rejissor Cəmil Quliyev 2019-cu ilin sonlarında vəzifəyə təyin olunsa da, bir il tamam olmamış istefa vermişdi. Sonra kinostudiyaya Fariz Əhmədov direktor gətirildi, lakin o da çox qısa müddətdən sonra rəhbərlikdən ayrıldı.

Qeyd edək ki, yeni rəhbər Qurban Pirimov bundan əvvəl Azərbaycan Kino Agentliyində direktor müavini vəzifəsini icra edib. O, Azərbaycanın tanınmış tarzəni Qurban Primovun nəvəsidir.

# 1425 dəfə oxunub

Oxşar xəbərlər

"Oskar" tarixində yeni rekord

"Oskar" tarixində yeni rekord

15:54 23 yanvar 2026
"Oskar"a namizədlər açıqlandı - Siyahı

"Oskar"a namizədlər açıqlandı - Siyahı

10:05 23 yanvar 2026
"Səkkiz"lə bağlı qərar verildi

"Səkkiz"lə bağlı qərar verildi

16:13 22 yanvar 2026
Pedofillər, rüşvətxorlar, susan analar - Qatilinə nifrət etmədiyimiz serial haqqında

Pedofillər, rüşvətxorlar, susan analar - Qatilinə nifrət etmədiyimiz serial haqqında

12:00 22 yanvar 2026
Memarlıqdan kinoya... - Məşhur rejissor oğlunun debüt filmini niyə bəyənməmişdi?

Memarlıqdan kinoya... - Məşhur rejissor oğlunun debüt filmini niyə bəyənməmişdi?

16:30 21 yanvar 2026
“Silahdaşlar”  sənədli filmi nümayiş olundu

“Silahdaşlar” sənədli filmi nümayiş olundu

13:51 21 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər