"Ulduz müharibələri"ndə dünya rekordu

"Ulduz müharibələri"ndə dünya rekordu
17 iyul 2026
# 11:00

"Ulduz müharibələri" (Star Wars) filminin çəkilişlərində istifadə olunan Lük Skayuokerin orijinal işıq qılıncı hərracda 3,75 milyon dollara satılıb.

Kulis.az xəbər verir ki, bu barədə "Hollywood Reporter" məlumat yayıb.

Söhbət Lük Skayuokerin 1980-ci ildə ekranlara çıxan "Ulduz müharibələri: Epizod V – İmperiya cavab zərbəsi endirir" filmində Dart Veyderlə döyüşdüyü məşhur işıq qılıncından gedir. Bu satış kosmik saqanın çəkilişlərində istifadə olunan rekvizitlər üçün yeni dünya rekordu müəyyənləşdirib.

Hərracdan əvvəl ekspertlər lotu ilkin olaraq 1 milyon dollar dəyərində qiymətləndirirdi və ümumi satış qiymətinin 2 milyon dolları keçməyəcəyini proqnozlaşdırırdılar. Lakin yekun rəqəm bütün gözləntiləri alt-üst edib.

Əvvəlki rekord isə 1977-ci ildə çəkilən ilk filmdən olan "X-wing" qırıcısının orijinal modelinə məxsus idi. Həmin model 2023-cü ilin oktyabrında 3,135 milyon dollara satılmışdı. Təşkilatçılar bildirib ki, satış "Heritage Auctions" evinin bu gün — iyulun 17-də başa çatacaq "Hollywood & Entertainment Signature Auction" tədbiri çərçivəsində baş tutub.

Eyni hərrac evində başqa bir pop-mədəniyyət əfsanəsi də yeni rekordla yadda qalıb. İyulun 14-də "Marvel" komiks qəhrəmanı Dəmir Adamın (Iron Man) ilk təsvirinin yer aldığı orijinal səhifə hərraca çıxarılıb. Dəmir Adamın ilk dəfə peyda olduğu "Tales of Suspense" komiksinin (mart 1963-cü il) birinci səhifəsi fantastik məbləğə — 3,8 milyon dollara alıcı tapıb.

# 781 dəfə oxunub

Oxşar xəbərlər

Netflix “Narniya”ya 280 milyon dollar yatırdı

Netflix “Narniya”ya 280 milyon dollar yatırdı

10:20 20 oktyabr 2026
Harri Staylsın turu əsasında film çəkiləcək

Harri Staylsın turu əsasında film çəkiləcək

15:20 19 oktyabr 2026
Taika Vaytiti “Ulduz müharibələri” filmindən əl çəkir? - Layihə təxirə salındı

Taika Vaytiti “Ulduz müharibələri” filmindən əl çəkir? - Layihə təxirə salındı

14:40 19 oktyabr 2026
“44” bədii filminin “Sevginin sınağı" adlı tizeri yayımlandı

“44” bədii filminin “Sevginin sınağı" adlı tizeri yayımlandı

14:24 19 oktyabr 2026
London Film Festivalı  Cessi Ayzenberqin musiqili komediyası ilə bağlandı

London Film Festivalı Cessi Ayzenberqin musiqili komediyası ilə bağlandı

11:20 19 oktyabr 2026
Elizabet Holms  haqqında sənədli film kinoteatrlarda gözlənilməz uğur qazandı

Elizabet Holms haqqında sənədli film kinoteatrlarda gözlənilməz uğur qazandı

11:00 19 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər