Süni intellekt Hollivudu ələ keçirir? - Cudi Fosterdən "F1" filminə sərt tənqid

Süni intellekt Hollivudu ələ keçirir? - Cudi Fosterdən "F1" filminə sərt tənqid
3 iyul 2026
# 14:45

İkiqat "Oskar" mükafatçısı, məşhur aktrisa və rejissor Cudi Foster ABŞ-nin Kolorado ştatında keçirilən Aspen Fikirlər Festivalında "Sony" şirkətinin sabiq baş direktoru Maykl Lintonla birlikdə Hollivudun gələcəyini müzakirə edib.

Kulis.az xəbər verir ki, tamaşaçıların qarşısında baş tutan paneldə pandemiya, tətillər və tamaşaçı vərdişləri ilə yanaşı, süni intellektin kinematoqrafiyaya göstərdiyi təsir xüsusi diqqət mərkəzində olub.

Lintonun "Süni intellektin ssenaristlərin və ya aktyorların yerini ala biləcəyinə inanırsınızmı?" sualına 63 yaşlı sənətçi belə cavab verib:

"Biz bunu onsuz da edirik. Telefonunuzda edə bildiyiniz üz dəyişdirmə kimi bütün proseslərin daha yaxşısını daha inkişaf etmiş üsullarla həyata keçirə bilirik".

"Sanki kompüter tərəfindən yazılıb"

Müzakirələr zamanı Foster 2025-ci ildə yayımlanan və qlobal hitə çevrilən "F1:The Movie"nə işarə edərək ekran işinin quruluşunu sərt şəkildə tənqid edib:

"Bu film milyonlarla dollar qazandı, lakin 'F1' filminə baxıram və 'Bu film sanki süni intellekt tərəfindən hazırlanıb' deyirəm. Elə deyilmi? Strukturu tam məktəblərdə öyrədilənlər kimidir. Aktyorların replikaları sanki o an deyilməli olan ən doğru sözün nə olduğunu müəyyən edən bir kompüter tərəfindən yazılmış kimi səslənirdi. Onlar texnologiyaya hökm edərək böyük və gözəl bir iş ərsəyə gətirməyi bacarıblar və ehtimal ki, istifadə etdikləri bir çox məlumat başqa mənbələrdən gəlir".

# 98 dəfə oxunub

Oxşar xəbərlər

"YouTube"un qorxu fenomeni böyük ekranda

"YouTube"un qorxu fenomeni böyük ekranda

13:52 3 iyul 2026
“Molla Nəsrəddin: Çətin günlərimin dostu” filminin Özbəkistan mərhələsi çəkilir

“Molla Nəsrəddin: Çətin günlərimin dostu” filminin Özbəkistan mərhələsi çəkilir

13:10 3 iyul 2026
Azərbaycan animasiyası Fransada təmsil olundu

Azərbaycan animasiyası Fransada təmsil olundu

17:30 1 iyul 2026
“Birgə film istehsalına dəstək müsabiqəsi”  elan edildi

“Birgə film istehsalına dəstək müsabiqəsi” elan edildi

12:49 1 iyul 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:10 1 iyul 2026
Əcəmi Naxçıvani haqqında çəkilən filmin çəkilişlərinə başlanıldı

Əcəmi Naxçıvani haqqında çəkilən filmin çəkilişlərinə başlanıldı

18:30 30 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər