“Şərq-Qərb” beynəlxalq təliminə başlanıldı

“Şərq-Qərb”  beynəlxalq təliminə başlanıldı
13 aprel 2026
# 11:53

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ), Fransanın Azərbaycandakı İnstitutu və Fransanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində “Şərq-Qərb” beynəlxalq təliminə başlayıb.

Kulis.az xəbər verir ki, proqramın məqsədi gənc və təcrübəli azərbaycanlı kinematoqrafçıların bədii film layihələrini beynəlxalq standartlara uyğun şəkildə inkişaf etdirmək, onları peşəkar mentorluq və təlimlər vasitəsilə beynəlxalq platformalara hazırlamaqdır. Seçilən iştirakçılar layihələrini strukturlaşdırmaq və gücləndirmək, onları təqdimata hazır vəziyyətə gətirmək imkanı əldə edəcəklər.

Ustad dərsləri və mentorla təkbətək görüşlər vasitəsilə seçilmiş layihələr inkişaf və təqdimat mərhələləri üçün peşəkar dəstəklə təmin olunacaq, eyni zamanda, iştirakçılar beynəlxalq film peşəkarları ilə şəbəkələşmə imkanı qazanacaqlar. Layihənin əsas məqsədi, rəqabətin yüksək olduğu beynəlxalq platformalarda azərbaycanlı kinematoqrafçıların seçilmə və iştirak potensialını artırmaqdır. Bu məqsədlə film layihələrinin beynəlxalq təqdimat qaydalarına uyğun, peşəkar şəkildə hazırlanması xüsusi əhəmiyyət daşıyır. Təlim iştirakçıları qeyd olunan bilik və bacarıqları rejissor və ssenarist Orxan Ağazadə və prodüser Jül Qranjedən əldə edəcəklər.

Təlim aprelin 14-nə qədər davam edəcək. Pitçinqdə qalib gələn layihələr onların inkişafı etdirilməsi məqsədilə texniki, maddi və təşkilati dəstək alacaqlar.

# 387 dəfə oxunub

Oxşar xəbərlər

Mətləb Muxtarovun filmi beynəlxalq mükafata layiq görüldü

Mətləb Muxtarovun filmi beynəlxalq mükafata layiq görüldü

18:44 8 may 2026
“Cənnət yuxusu”  filmi təqdim edildi

“Cənnət yuxusu” filmi təqdim edildi

17:35 7 may 2026
“Molla Nəsrəddin. Çətin günlərimin dostu”  filmi bu il yayımlanacaq

“Molla Nəsrəddin. Çətin günlərimin dostu” filmi bu il yayımlanacaq

15:29 7 may 2026
"Oskar"da qaydalar başdan-ayağa dəyişdi - Süni intellektə sərt qadağa

"Oskar"da qaydalar başdan-ayağa dəyişdi - Süni intellektə sərt qadağa

11:36 7 may 2026
“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

18:11 6 may 2026
“Araşdırın!” bədii filmi Dövlət Film Fondunun <arxivinə daxil edildi - 48 ildən sonra

“Araşdırın!” bədii filmi Dövlət Film Fondunun - 48 ildən sonra

12:10 6 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər