Şerlok Holmsun qatı düşməni qayıdır - Moriyartini kim oynayacaq?

Şerlok Holmsun qatı düşməni qayıdır - Moriyartini kim oynayacaq?
29 may 2026
# 10:40

Artur Konan Doylun ölümsüz əsəri "Şerlok Holms" pərəstişkarlarını sevindirməyə davam edir.

Kulis.az xəbər verir ki, bu dəfə diqqət mərkəzində dahi xəfiyyə yox, onun əzəli düşməni Professor Moriyarti olacaq.

​Hələlik ilkin adı "Moriyarti" olan layihənin ssenari müəllifləri və yaradıcıları Kris Kornuell və Oliver Lanslidir. Müasir dövrə uyğunlaşdırılan yeni serialda Moriyarti Darem Universitetində kriminal psixologiya professoru, eyni zamanda böyük bir cinayət şəbəkəsinin gizli rəhbəri kimi qarşımıza çıxacaq.

Süjetə əsasən, onun yeraltı imperiyası rəqib bir təşkilat tərəfindən təhdid edildikdə Moriyarti gözlənilməz bir gediş edir: o, rəqiblərini çökdürtmək məqsədilə qanunlardan istifadə etmək üçün polis təşkilatına məsləhətçi kimi qatılır. Lakin çox keçmədən əsl təhlükənin tamamilə başqa yerdən gəldiyi məlum olacaq.

​Hazırlıqları davam edən serialda Moriyartiyə soyuqqanlı Yorkşir detektivi İmocen Barrouz yoldaşlıq edəcək. Yeni layihə ilə bağlı digər detallar və bu əfsanəvi rolu kimin oynayacağı başda olmaqla, aktyor heyəti hələlik gizli saxlanılır.

​Qeyd edək ki, Benedikt Kamberbetç və Martin Frimanın baş rolları paylaşdığı məşhur BBC istehsalı olan "Şerlok" serialında bu unudulmaz mənfi obrazı Endrü Skott canlandırmışdı. İllər ərzində bu rolu Ralf Fayns, Cared Harris və Erik Porter kimi ulduzlar canlandırıb.

Hazırda isə gənc aktyor Donal Finn yeni çəkilən "Gənc Şerlok" serialında bu obrazı oynamağa hazırlaşır.

# 828 dəfə oxunub

Oxşar xəbərlər

İlon Mask Nolanı tənqid etdi – “Odissey”i yenidən çəkəcək

İlon Mask Nolanı tənqid etdi – “Odissey”i yenidən çəkəcək

13:45 1 sentyabr 2026
Məşhur aktrisa nüfuzlu mükafata layiq görüldü

Məşhur aktrisa nüfuzlu mükafata layiq görüldü

11:50 1 sentyabr 2026
Mel Gibson buna görə üzr istədi

Mel Gibson buna görə üzr istədi

11:00 1 sentyabr 2026
Kinoyazar.az saytının fəaliyyəti  dayandırıldı

Kinoyazar.az saytının fəaliyyəti dayandırıldı

21:48 31 avqust 2026
Tom Kruz yenidən sükan arxasında - "İldırım günləri"nin davamı çəkiləcək

Tom Kruz yenidən sükan arxasında - "İldırım günləri"nin davamı çəkiləcək

17:39 31 avqust 2026
Venesiya Film Festivalı keçiriləcək – Hansı filmlər yarışacaq?

Venesiya Film Festivalı keçiriləcək – Hansı filmlər yarışacaq?

11:40 31 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər