Qarabağ müharibəsi haqqında yeni film çəkilir - Fotolar

“Köhnə çamadanlar” filmi

“Köhnə çamadanlar” filmi

29 oktyabr 2021
# 16:10

İkinci Qarabağ müharibəsi, Vətən savaşındakı şanlı qələbəmizin ildönümü münasibətilə “Köhnə çamadanlar” adlı yeni ekran əsəri lentə alınır.

Kulis.az-a verilən məlumata görə, film Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "OYUN" inklüziv teatrının birgə layihəsidir.

Müharibə və qadınlar mövzusunun ana xətt olaraq keçdiyi filmin ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru Səidə Haqverdiyeva, təsvir rejissoru Şahmar Qəhrəmanov, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadə, prodüseri Tahir Əliyevdir. Layihənin rəhbəri Pərvinə İsmayılovadır.

Real hadisələr əsasında çəkilən filmin qəhrəmanları müharibənin həyatlarında dərin ağrılı iz buraxdığı insanlardır.Film vasitəsilə döyüşçü, şəhid anası, bacısı, yoldaşı, həkim, əsir və qaçqın Azərbaycan qadınlarının ümumiləşmiş obrazında müharibə və onun ağrılarının fərqli çalarlardakı təsvirini görə biləcəyik.

Süjetdə əsas etibarilə bu qadınların həyatının müəyyən dövrünü əhatə edən epizodlar öz əksini tapır. Ekran işi Birinci və İkinci Qarabağ müharibəsindəki hadisələri birləşdirən əsas xətt üzərində qurulub. Müharibə, onun insan psixologiyasında buraxdığı izlər və savaşdan çıxmış insanların həyata müqaviməti, müharibənin buraxdığı izlərlə mübarizəsi ön planda görünür.

Artıq əsas çəkilişləri başa çatan ekran işində peşəkar aktyorlarla yanaşı hər iki müharibənin canlı şahidləri - əlil və qaziləri, həmçinin sağlamlıq imkanları məhdud həvəskar aktyorlar da rol alırlar.

Psixoloji dramda əsas rolları Respublikanın xalq artistləri Məmmədsəfa Qasımov, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Qızılgül Quliyeva, Şəfəq Əliyeva, Zemfira Əbdüsəmədova, Nəsibə Eldarova, aktyorlar Könül Qasımova, Rəsmiyyə Nurməmmədova, Zülfiyyə Qurbanova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Rada Nəsibova, Türkay Cəfərli, Rəhim Rəhimov, Elmira Hüseynova, Səriyyə Mansurova, Aygün Fətullayeva, Oksana Rəsulova, Zarina Qurbanova, Cavanşir Məhərrəmov, Namiq Ağayev, Vüqar Hacıyev və başqaları ifa edirlər.

“Oyuq” teatr-studiyası yetirmələrinin də rol aldığı böyük heyətli filmin əsas kadrları Bakı, Astara, Lənkəran və Xızıda lentə alınıb.

Film ilin sonunadək tamaşaçıların ixtiyarına veriləcək.

# 8050 dəfə oxunub

Oxşar xəbərlər

"Betmen"ə yeni nəfəs verən rejissor - Tim Börtonun 5 məşhur filmi

"Betmen"ə yeni nəfəs verən rejissor - Tim Börtonun 5 məşhur filmi

18:00 25 avqust 2026
Bred Pitt yeni layihədə - Məşhur rejissorlarla

Bred Pitt yeni layihədə - Məşhur rejissorlarla

12:50 24 avqust 2026
Rus kinosunun komik “Avara”sı – Yuri Nikulinin 3 məşhur rolu

Rus kinosunun komik “Avara”sı – Yuri Nikulinin 3 məşhur rolu

17:45 21 avqust 2026
"Michael" filminin ikinci hissəsi  üçün aktyor seçildi

"Michael" filminin ikinci hissəsi üçün aktyor seçildi

13:30 21 avqust 2026
Məhbusların mübarizəsi, güllələnən fəhlələr... - Andrey Konçalovskinin məşhur filmləri

Məhbusların mübarizəsi, güllələnən fəhlələr... - Andrey Konçalovskinin məşhur filmləri

17:50 20 avqust 2026
“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” filminin çəkilişləri yekunlaşdı

“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” filminin çəkilişləri yekunlaşdı

17:20 19 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər