Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi
31 iyul 2025
# 16:24

Piyer Paolo Pazoli, Bernardo Bertoluççi və Lukino Viscontinin filmlərinin ulduzu Adriana Asti 94 yaşında vəfat edib

Kulis.az xəbər verir ki, o, Romadakı “Villa Salaria” klinikasında vəfat edib.

Asti təxminən iyirmi gün həmin klinikada müalicə almışdı.

Aktrisanın dəfn mərasimi avqustun 1-də Roma şəhərində, "Piazza del Popolo" meydanındakı Dei-la-Fitr kilsəsində keçiriləcək.

Onun kino sahəsində debütü 1950-ci illərin sonunda Leopoldo Triestenin “Gecə şəhəri” filmində olub. Dostu Piyer Paolo Pazolininin filmində — 1961-ci ildə çəkilən “Akkattone”də o, Amore adlı fahişə obrazını canlandırıb. İlk həyat yoldaşı Bernardo Bertoluççinin “Iİnqilab öncəsi” (1964) filmində baş qəhrəmanın xalasını, Tinto Brassın “Kaliqula” (1979) filmində isə Ennia Trasillanı canlandırıb.

Aktrisa bir müsahibəsində deyirdi:

“Bütün rejissorlarım möhtəşəm idi, hətta Tinto da tamamilə cazibədar idi. Lukino məni səhnədə tamamilə lüt göstərdi, Tinto Brass isə dərhal bu fürsətdən istifadə etdi.”

Ümumilikdə, Adriana Asti 60-a yaxın filmə çəkilib. Onun sonuncu ekran işi Marko Tullio Ciordananın 2018-ci ildə çəkdiyi “Qadının adı” filmidir. Burada o, təqaüddə olan keçmiş aktrisa rolunda çıxış edib.

Uzun və zəngin karyerası ərzində o, bir çox mükafata layiq görülüb: 1974-cü ildə xüsusi “David” mükafatı, İtaliya Kinojurnalistləri Milli İttifaqının üç “Gümüş Lenta” mükafatı və 2015-ci ildə xüsusi “Gümüş Lenta” mükafatı ilə təltif edilib.

# 1280 dəfə oxunub

Oxşar xəbərlər

“Cənnət yuxusu”  filmi təqdim edildi

“Cənnət yuxusu” filmi təqdim edildi

17:35 7 may 2026
“Molla Nəsrəddin. Çətin günlərimin dostu”  filmi bu il yayımlanacaq

“Molla Nəsrəddin. Çətin günlərimin dostu” filmi bu il yayımlanacaq

15:29 7 may 2026
"Oskar"da qaydalar başdan-ayağa dəyişdi - Süni intellektə sərt qadağa

"Oskar"da qaydalar başdan-ayağa dəyişdi - Süni intellektə sərt qadağa

11:36 7 may 2026
“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

18:11 6 may 2026
“Araşdırın!” bədii filmi Dövlət Film Fondunun <arxivinə daxil edildi - 48 ildən sonra

“Araşdırın!” bədii filmi Dövlət Film Fondunun - 48 ildən sonra

12:10 6 may 2026
Türkiyədə Azərbaycan Kinosu Günləri

Türkiyədə Azərbaycan Kinosu Günləri

10:07 6 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər